Ofis və məktəb ləvazimatları satan iri şirkətə Bölgə müdiri tələb olunur
Müdir
İşəgötürən: İnci Group of Companies Vakansiya: Bölgə müdiri Müddət: 2022-04-14 – 2022-05-14 Şəhər: Bakı Satış, İstehsalat və Distribütor Şirkəti olan “İnci Group of Companies” QSC 1995-ci ildən fəaliyyət göstərir. Şirkət ofis və məktəb ləvazimatlarının istehsalı, idxalı və satışı ilə məşğul olur. Vəzifə öhdəlikləri: -Satış kanalları üzrə ümümi iş prinsipini müəyyənləşdirilməsi, satış hədəflərinin yerinə yetirilməsinə nəzarət -Tabeliyində olan satış təmsilçilərinin satış marşrutunun müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət -Mövcud müştərilərə əlaqələrin qorunub saxlaması, mütəmadi ziyarət olunması və sifarişlərin qəbulu, yeni məhsulların onlara təqdimatı və satışı -Müştərilərdə yaranan problemlərin həlli, avadanlığa dair təlimatlandırmaların aparılması -Yeni müştərilərin cəlb edilməsi; mütəmadi olaraq potensial müştərilərin axtarılması, müəyyənləşdirilməsi, onlarla işgüzar əlaqələrin qurulması, məhsulların təqdimatı və satışının həyata keçirilməsi -Mövcud bazarın vəziyyətinin təhlil edilməsi, yeni satış həmlələri ilə çıxış etmə və onların rentabeliiyinin proqnozlaşdırılması və hesablanması -Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə təqdim edilməsi Namizədə qarşı tələblər: -Müvafiq sahədə ən azı 3 il iş təcrübə -MS Office (Word, Excel, Outlook) proqramlarında işləmək bacarığı -İdarəetmə, analiz və təhlil etmə, yüksək səviyyədə ünsiyyət qurma və inandırma bacarığı -Azərbaycan dilində sərbəst ünsiyyət qura bilmə bacarığı vacibdir -Məsuliyyətli, təşəbbüskar və inkişafa meyilli olma Yaş həddi: 25-40 -Şəxsi maşın Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz vəya 077 441 55 22 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.