Ödəniş platformasına sürücü tələb olunur
İşəgötürən – eManat
Vəzifə – Sürücü
Vəzifə öhdəlikləri:
-Terminalların inkassasiyası zamanı nağd vəsaitin, qiymətlilərin daşınmasını və təhlükəsiz çatdırılmasını təmin etmək
Namizədə qoyulan tələblər:
-Yaş həddi: 25-35 yaş
-3-5 il iş təcrübəsi
-Avtomobil quruluşu üzrə yaxşı biliklər
-Şəhər ərazini yaxşı tanımalı
-Yol hərəkəti qaydalarını yaxşı bilməli
-Sürücülük vəsiqəsi (minimum “B” kateqoriya)
-Ekspeditor təcrübəsi olanlara üstünlük verilir
İş şəraiti:
-Təyin olunmuş ərazi üzrə;
-İş rejimi həftənin 6 günü (10:00-17:00);
-Əmək haqqının 15 gündən bir ödənilməsi;
-Tibbi sığorta təminatının verilməsi;
-Nahar təminatının qarşılanması.
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına [email protected] göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Sürücü” yazılmalıdır.
Şirkət haqqında
Modenis MMC 2012-ci ilin sentyabr ayında fəaliyyətə başlamış və 2013-cü ilin martın 5-də eManat brendi ilə Azərbaycan ödəniş bazarına daxil olmuşdur. Şirkət hazırda özünəxidmət nağd ödəniş köşkləri şəbəkəsini və eManat+ elektron pul kisəsi/online ödəniş platformasını idarə edir.
Hazırda ödəniş köşkləri şəbəkəsinə Bakı/Abşeron/Sumqayıtda 2500-dən artıq, bütün ölkə ərazisində isə 4000-dən artıq köşk daxildir.
eManat ödəniş köşkləri və eManat+ platforması vasitəsilə 200-dən artıq xidmət təminatçısının xeyrinə kommunal xidmətlər, mobil rabitə, telefon, internet, kabel televiziyası, əyləncə, bank və s. ödənişlər etmək mümkündür. Bu baxımdan şirkət həm köşklər həm eManat+ online platforması ilə istifadəçilərə 360 dərəcəli ödəniş imkanları təqdim edir.
Vakansiyalar
-
2 gün, 12 saat, 29 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 11 saat, 21 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 11 saat, 55 dəq
- 5 gün, 6 saat, 1 dəq
- 6 gün, 1 saat, 15 dəq