“Norm” sement zavoduna “SƏTƏM Nəzarətçisi” tələb olunur

Nəzarətçi


İşəgötürən – Norm OJSC

Vəzifə – SƏTƏM Nəzarətçisi

İş yeri: Zavod ofisi

Tələblər: 

-Əməyin mühafizəsi və ya buna bənzər sahədə ali bakalavr təhsili

-Aparıcı vəzifələrdə işləmə təcrübəsi arzu olunandır

-SƏTƏM sahəsində 4-5 il iş təcrübəsi

-Əməyin Mühafizəsi , Sanitariya və Gigiyena ,Ətraf Mühit və Ekologiya  ilə əlaqədar Yerli qanunvericiliyin və beynəlxalq standartlarla tələbləri barədə xəbərdar olmaq

-ISO 45001; ISO 9001; ISO 14001 standartlarının tələblər 

-Ən azı orta səviyyədə ingilis dili biliyi

-NVQ diplom, NEBOSH sertifikatı olanlara üstünlük verilir

Tələb olunan kompetensiyalar:

-Müştəriyönümlülük

-Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

-Bütövlük

-Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

-Rəhbərliyin, işçi heyətin və subpodratçıların şirkətin SƏTƏM siyasətindən,qaydalarından xəbərdarlığının təmini üçün təlim və inkişaf proqramlarının təşkili və həyata keçirilməsi

-OHSAS 18001 standartlarının tələblərinin yerinə yetirlməsinin təmini

-Şirkətdə SƏTƏM fəaliyyətinin aylıq monitorinqi, qiymətləndirilməsi və icmalını təşkil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək

-Gündəlik yoxlamalarına aparılmasına nəzarət

-İstehsalatda və tikintidə baş verən bədbəxt hadisələrin araşdırılması, və Bütün Qəza Təhqiqat Hesabatlarının bağlanması prosesini tamamlamaq və əldə olunmuş nəticələri Sətəm üzrə Müdirə təqdim etmək

-Qəza Ehtimalı/Risk/Müşahidə Hesabatlarını araşdırıb rəhbərliyə təqdim etmək

-Mülki Müdafiə üzrə təlimlərin, Mülki Müdafiə ilə əlaqəli sənədlərin hazırlanması və icrası

-Risklərin müəyyən edilməsi və nəzarət məqsədilə işə icazə sisteminin icrasının və risklərin qiymətləndirilməsinin təmin edilməsi

-Yanğından mühafizə tədbirlərinin təşkili, yanğından mühafizə sistemlərinin işlək vəziyyətinin təmini

-Fövqəladə hallar planının tərtibi, icrası və fövqaladə hallar komandasının işinə nəzarət

-API Spec Q1, ISO 9001, OHSAS 18001 standartlarının tələblərinə cavab verən prosedur, təlimat, siyasət və formaların hazırlanması, tətbiqinin izlənilməsi və illik auditə hazırlıq

-Şöbənin işçi seçimi və illik təlim planının hazırlanması

-Şöbənin məqsədlərinin yerinə yetirilməsini təmin etmək üçün SƏTƏM üzrə Müdirə və komandaya effektiv SƏTƏM siyasətlərinin, təlimatlarının və prosedurlarının planlaşdırılması, əlaqələndirilməsi və həyata keçirilməsində dəstək olmaq

-Şirkət və 3-cü tərəflərə əməyin mühafizəsi,və təhlükəsizlik məsələlərinin bütün aspektlərində dəstək vermək.

-Təyin edilmiş SƏTƏM Mütəxəssislərinin iş öhdəlikləri baxımından öz vəzifələrini yerinə yetirmələrini və bütün podratçı SƏTƏM ilə eyni şəkildə əlaqə saxlamalarını təmin etmək

-Təhlükəsizliyə aid bütün proqramların/prosedurların və sistemlərin bütün şöbə və podratçı bölmələrdə həyata keçirilməsini təmin etmək

-Uyğunluğun təmin edilməsində birbaşa rəhbərə dəstək olmaq və biznes əməliyyatları sahələrində müntəzəm SƏTƏM auditini həyata keçirmək

-Şirkətin şöbə və podratçı bölmələr üzrə bütün işçiləri əhatə edən təhlükəli iş təcrübələrini düzəltmək üçün sistemləri əlaqələndirmək və tətbiq etmək

-Sağlamlıq və Əməyin təhlükəsizliyi qanunvericiliyi, uyğunluq məsələləri ilə birgə tətbiq edilən təşkilatı siyasət və təcrübələr ilə bağlı məsləhət və təlimat verməkdə dəstək göstərmək

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına [email protected] göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 26.10.22

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]