NH Group “Təchizat şöbəsinin müdiri” axtarır

NH Group MMC “Təchizat şöbəsinin müdiri” vakansiyasına müraciəti açıq elan edir !
Namizədə tələblər :
-Ali təhsilli olmalı ;
-Yüksək səviyyədə İngilis , Rus dili biliyi , səlis Azərbaycan dilində danışıq qabiliyyəti;
-Ofis proqramları və mühasibatlıq proqramları üzrə geniş bilik və iş bacarığına malik olması xüsusən 1C ;
-Müqavilələrlə iş təcrübəsinin olması;
-ISM sertifikasiyasının olması üstünlükdür;
İş barədə məlumat :
-Satış şirkətləri ilə sıx əməkdaşlıq etmək tələbata uyğun olaraq onlardan qiymətlərin alınmasını təmin etmək ve onlarla mülki muqavilələrin bağlanmasını təşkil etmək ;
– Verilmiş tələbnamələr əsasında hazırlanmış sifarişlərə nəzarət etmək ,onların icrasını təmin etmək ;
-Təchizat planlarının (aylıq,illik) hazırlanmasını təmin etmək ;
– Müəssisədə təchizat şöbəsinin inkişafı ilə bağlı rəhbərliyə təkliflər hazırlamaq ;
-Müəssisə daxili struktur bölmələrlə təchizat ilə bağlı əlaqələr yaratmaq və əməkdaşlıq etmək ;
– Müəssisənin satınalma işinin düzgün aparılmasına nəzarət etmək ;
-Təchizat şöbəsinin əməkdaşlarının iş planının hazırlanması, onlara lazımi istiqamətin verilməsini təmin etmək ;
-Tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi;
-Anbar uçotu və əsas vəsaitlərin uçotuna nəzarət edilməsini təmin etmək ;
-Bazarın təhlilini, tələb olunan materialları daxili və xarici bazarda araşdırır, təchizatçı bazasını hazırlayır və təhlil edir.
Əmək haqqı : 1500-2000 arası (Namizədin biliyinə uyğun olaraq)
İş qrafiki – 5 günlük
Vakansiyaya müraciət etmək üçün “Təchizat şöbəsinin müdiri” başlığı ilə [email protected] e-mail adresinə CV göndərə bilərsiniz.
Vakansiyalar
- 2 gün, 8 saat, 50 dəq
- 2 gün, 8 saat, 53 dəq
- 3 gün, 2 saat, 8 dəq
- 3 gün, 2 saat, 50 dəq
- 3 gün, 2 saat, 52 dəq