NBCO KredAqro kredit və problemli kreditlər üzrə təcrübə proqramı elan edib

Təcrübə Proqramı

kred agro


İşəgötürən: NBCO KredAqro

Vakansiya: Kredit və Problemli Kreditlər üzrə Təcrübə proqramı

Son tarix: 30 sentyabr 2022

KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Cəlilabad, Qazax, Sumqayıt, İsmayıllı, Tovuz filialları üçün Təcrübə Proqramı elan edir. 

Proqram kredit və bank sahəsinə marağı olan ali təhsilli gənclərə təcrübə qazanmaq və gələcək karyerasını KredAqro BOKT-da qurmaq imkanını yaradır. Ali təhsilini başa vurmuş, bu sahədə potensialı olub iş axtarışında olan gənclər müraciət edə bilərlər.

Tələb olunan keyfiyyətlər:

-Ali təhsil;

-Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;

-Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

-Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

-İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);

-Kredit sahəsində praktiki və nəzəri biliklərə yiyələnmə şansı;

-Təşkil olunan Təlimlərdə iştirak;

-Təcrübə proqramını uğurla başa vuran namizədlərin təşkilatımızda işlə təmin olunması.

Maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Təcrübə Proqramı” qeyd etməklə göndərmələri xahiş olunur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]