Nəqliyyat üzrə dispetçer axtarılır

Digər

dispetcer Dispatcher


İşəgötürən – M-Trans

Vəzifə öhdəlikləri:

Sürücülərin işinin təşkil edilməsi və onların növbə planlarına və daşımalar üzrə tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edilməsi;

Sürücülərə yol vərəqələrinin təqdim edilməsi və digər sənədlərin qəbul edilməsi, doldurulması, onların düzgün rəsmiləşdirilməsinin yoxlanılması;

Yol nəqliyyat hadisələri, DYP və digər cərimələr haqqında xəbər aldıqda, dərhal rəhbərliyə məlumat verilməsi;

Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi və koordinasiya edilməsi;

Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət;

Optimal marşrut xətlərinin hazırlanması;

İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək

Namizədə tələblər:

Yaş: 25 – 45;

Minimum təhsil dərəcəsi: Bakalavr;

Müvafiq sahədə min. 2 il təcrübə;

Rus dili arzuolunandır;

1C, Word, Excel proqramlarını bilməli;

İşində ciddi və məsuliyyətli olmalı;

Planlaşdırma və analiz bacarığı;

Yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət qurma qabiliyyəti.

İş rejimi və əmək haqqı:

Əmək haqqı – müsahibə əsasında təyin olunacaqdır

İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək)

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını   [email protected]   email-in mövzu hissəsində “Nəqliyyat üzrə dispetçer”

şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]