MKT İstehsalat Kommersiya MMC qaraj müdiri axtarır (Ağcabədi)
İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Qaraj müdiri (Ağcabədi)
Son tarix: 28 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Pambıq İstehsalına Nəzarət Şöbəsinin rəisi tərəfindən tələb olunan sifarişlərin vaxtında və keyfiyyətli icra öhdəliyi;
-Müəssisədə mexanizasiya işlərinin təşkili, idarəedilməsi, nəzarət edilməsi və hesabatlılığın aparılması;
-Müəssisənin avtopark sahəsinin idarəedilməsi, texnikaların saxlanc sisteminin təşkili,
-Texnikalardan istifadənin optimallaşdırlması, illik texnoloji xəritənin tərtibi və təkmilləşmə ilə bağlı təkliflərin verilməsi;
-Texnikaların əsaslı və cari təmir planlarının hazırlanması və icrasına nəzarət.
-Təmir xərclərin optimallaşdırmasına nəzarət;
-Tabeçiliytində çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
-Mexanizasiya şöbəsinin davamlı fəaliyyəti üçün vacib olan ehtiyat hissə, material və s. üçün təchizat planının hazırlanması və proseslərə nəzarət;
-Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini təmin edir, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin olunmasına nəzarət edir;
-Mexanizasiya idarəsi tərəfindən tətbiq edilən bütün daxili təlimatların, prosedurların və normativ aktların yerlərdə icra edilməsini təmin edir və sonrakı dövrlərdə bu işə nəzarət edir;
-Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
-Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir;
-Xidmət barədə rəhbərliyə hesabat verir;
-Bütün fəaliyyətində yüksək etik standardları, məxfiliyi və şəffaflığı qoruyub, saxlayır;
-Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra edir.
Tələblər:
-Təhsil : Ali;
-İş təcrübəsi : 5 – 10 il;
-Dil bilikləri : Azərbaycan, Rus;
-Kompüter bilikləri : MS Office (Word, Excel);
-Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını və təmir metodlarını bilməlidir;
-Əməyin mühafizəsi,təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
-Sürücülük vəsiqəsi olmalıdır;
-Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları olmalıdır;
-Analitik, liderlik, ünsiyyət, məntiqi düşüncə və qərar qəbuletmə bacarıqları olmalıdır.
Səriştələr:
-Məsuliyyətli
-Etibarlılıq
-Dürüstlük
Əlavə məlumat:
-Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır;
-İş qrafiki: Altı günlük iş qrafiki;
-İş yeri: MKT İK MMC-nin Ağcabədi filialı;
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
2 ay, 1 həftə, 6 gün, 6 saat, 7 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 2 gün, 7 saat, 2 dəq
- 7 ay, 2 həftə, 2 gün, 8 saat, 55 dəq
- 10 ay, 3 həftə, 3 saat, 40 dəq
-
11 ay, 1 gün, 23 saat, 11 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır