MKT İstehsalat Kommersiya MMC insan resursları üzrə ödənişli yay təcrübə proqramı elan edib

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: İnsan Resursları üzrə ödənişli Yay Təcrübə Proqramı
Son tarix: 27 iyun 2022
Vəzifə öhdəlikləri:
İnsan Resursları üzrə təcrübəçi çalışdığı bölmə üzrə İnsan resursları üzrə mütəxəssislərin rəhbərliyi altında aşağıdakı işləri icra edir:
İşə qəbul komandası ilə:
-Yaranan vakansiyaların qarşılanması, uyğun namizədlərin tapılması yönündə aktiv iştirak edir;
-Mövsüm dövrünə hazırlıq zamanı ən azı 1 ay əvvəldən tələb olunacaq işçilərin sayını və vəzifələrini yerli rəhbərliyə təqdim etmək üçün araşdırma edir;
Sənədləşmə komandası ilə:
-İşçilərin şəxsi işlərini formalaşdırır, səliqəli saxlayır;
-İşə qəbul, işdən azad, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və istehsalat əmrlərinin verilməsinə yardım edir;
Payroll komandası ilə:
İşçilərinin əmək haqqı hesablanmasına yardım edir;
-Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən işə qəbul edilən, işdən işdən azad edilən, vəzifə dəyişikliyi, sənədləşmə işlərini həyata keçirilməsində kömək edir;
-Kadrlar üzrə tələb edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsini həyata keçirir;
Təlim və inkişaf komandası ilə:
-Təlim bazarı araşdırması edir, təlim şirkətləri ilə əməkdaşlıq üzrə danışıqlar aparır, şirkətin ehtiyacları ilə qarşılaşdırır;
-Təlimlərin təşkilində iştirak edir, təlim sorğuları keçirir;
-Rəqəmsal öyrənmə üzrə araşdırma edir və təşəbbüslər göstərir.
Tələblər:
-Müvafiq sahə üzrə ali təhsil (Biznesin idarə olunması, iqtisadiyyat, Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və digər);
-Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilməsi üstünlükdür;
-Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Özünütəşkiletmə qabiliyyəti
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
Əlavə məlumat:
-İş qrafiki: Beş günlük iş həftəsi (09:30-18:30);
-İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 7 saat, 51 dəq
- 8 saat, 37 dəq
- 9 saat, 15 dəq
- 10 saat, 2 dəq
- 10 saat, 3 dəq