MKT İstehsalat Kommersiya MMC elektrik axtarır (Sabirabad)

Elektrik


İşəgötürən: MKT İstehsalat Kommersiya MMC

Vakansiya: Elektrik (Sabirabad)

Son tarix: 29 avqust 2022

Vəzifə öhdəlikləri:

-Mərkəzi anbarın və Aran RTM-in enerji təchizatının fasiləsiz təmin edilməsi üçün bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq baş energetikə məruzə edir;

-Elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarını və təmirini təşkil edir;

-Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumat verir;

-Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət edir;

-Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atır;

-Elektrik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin edir;

-Elektrik cihazlarının təmiri və yoxlanılmasını icra edir;

-Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil edir, qəzalar və onların səbəbləri haqqında baş energetikə məlumat verir;

-Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra edir;

-Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra edir;

-Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir.

Tələblər:

-Energetika üzrə ali və ya orta ixtisas (peşə) təhsili;

-Ən azı 1 illik iş təcrübəsi;

-Enerji avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətini, iş rejimini (enerji istifadə edən qurğuların) onların istismar qaydalarını bilməlidir.

Səriştələr:

-Məsuliyyətlilik

-Etibarlılıq

-Dürüstlük

Əlavə məlumat:

-Əmək haqqı 550 AZN; 

-İş qrafiki: Altı günlük iş həftəsi;

-İş yeri: Sabirabad , MKT İK MMC-nin Mərkəzi anbarı;

-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz. 

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]