MKT İstehsalat Kommersiya MMC baş aqronom axtarır

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Baş aqronom
Son tarix: 08 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
-Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
-Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
-Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
-Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
-Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
-Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
-Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
-Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək.
-Həyata keçirilən işlərin hesabatlılığının aparılması.
Tələblər:
-İstehsal olunan məhsulun həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi;
-Xəstəliklər və zərərvericilərlə qarşı mübarizənin aparılması üçün ilkin bilik və təcrübəyə malik olmaq.
-Pambıqçılıq barədə praktiki və nəzəri biliklərə malik olmalıdır;
-Torpaq sahələrinin əkin üçün seçilməsi, erroziyadan müdafiəsi, ekoloji mühitin qorunması, suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə bütün təlimatları bilməlidir.
Səriştə və bacarıqlar:
-Görülən işləri texniki cəhətdən sənədləşdirilməsi və planlamasını aparmaq;
-Sərbəst araşdırmalar etməyi bacarmalı.
-Analitik zəka,insanlarla işləmək qabiliyyəti;
-Ünsiyyətcil,məsuliyyətli,təşəbbüskar;
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 3 saat, 5 dəq
- 3 saat, 7 dəq
- 3 saat, 22 dəq
- 3 saat, 24 dəq
- 3 saat, 38 dəq