Azərşəkər LLC baş aqronom axtarır
İşəgötürən: Azərşəkər LLC
Vakansiya: Baş aqronom
Son tarix: 11 iyul 2022
Vəzifə ilə bağlı biliklər:
-Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
-Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
-Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uyğun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi və s.) müəyyən etmək;
-Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
-Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
-Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
-Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
-Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
-Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
Namizədə tələblər:
-Təhsil: ali ixtisas təhsili (Aqronomluq, Torpaqşünaslıq və aqrokimya);
-Təcrübə: Qeyd olunan vəzifə üzrə 5 ildən az olmayaraq iş təcrübəsi;
-Bilik və bacarıq: Şəkər çuğunduru, soya, arpa, buğda, qarğıdalı əkilməsi üzrə;
-Kompüter biliyi: MS Word, Excel və PowerPoint kimi ofis proqramlarından istifadə etmək bacarığı;
-Təşkilatçılıq bacarığı;
-Əla yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları;
-Dil biliyi: Azərbaycan dili əla (Rus və İngilis dil bilikləri arzuolunandır):
Əlavə məlumat:
İş yeri: Goranboy rayonu, Qaramusalı kəndi.
İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
Son tarix: 10 iyul, 2022-ci il.
Maraqlanan şəxslər öz CV formalarını “Baş aqronom” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Vakansiyalar
-
2 gün, 2 saat, 43 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
5 gün, 8 saat, 32 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 həftə, 7 saat, 24 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 həftə, 7 saat, 58 dəq
- 1 həftə, 1 gün, 2 saat, 4 dəq