Amoris aqronom axtarır (Qusar)

İşəgötürən: Amoris
Vakansiya: Aqronom (Qusar)
Son tarix: 10 iyul 2022
Vəzifə öhdəlikləri:
-Torpağın aqrokimyəvi xassəsini və onun qida maddələri ilə təmin olunmasını öyrənmək üçün əkinə yararlı sahələrdən nümunələr götürür və həmin nümunələrdən orta nümunə hazırlayır və orta nümunələri aqrokimya laboratoriyalarına, layihə-axtarış kimyalaşdırma stansiyasına göndərilməsini təmin edir;
-Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün bütün lazımi tədbirlərin görülməsini təşkil edir.
-Üzvi və mineral gübrələr, herbisidlər və zərərli kimyəvi maddələrdən düzgün istifadəni təmin edir. Bitkiçilik sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edir.
-Aqronomiyaya aid bütün sənədlərin tərtib olunmasında və hesabatların verilməsində iştirak edir. Keyfiyyətsiz görülən işləri rəsmiləşdirir, səbəbini aydınlaşdırır, çıxdaş edir və yenidən gördürür.
-Sort toxum əkinlərinə və çoxillik əkmə sahələrində bitkilərin düzgün aqrotexniki qaydada becərilməsinə nəzarət edir, əkin sahələrində aprobasiyanın keçirilməsinə nəzarət etməklə, həmin sahələrdə gedən dəyişikliklərin təhlilini aparır.
-Təsərrüfatdaxili ixtisaslaşmanı təmin edir. Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak edir.
-Bazar tələbatına uyğun yeni çeşidli bitkiçilik məhsullarının istehsalı barədə təkliflər verir.
-Ayrı-ayrı bitki sahələri üzrə təhlil aparır və cari il üçün proqramlar hazırlayır. Qabaqcıl təcrübənin, elmin son nailiyyətinin istehsalatda tətbiqinə nail olur.
-Bitki mühafizə işlərinin planlaşdırılmasında iştirak edir, təsərrüfatlarda mütəxəssislərə, eləcə də ayrı-ayrı vətəndaşlara bitki mühafizəsi üzrə məsləhətlər verir;
-Elmin son nailiyyətlərini və qabaqcıl təcrübəni öyrənir, onlardan məlumat və xəbərdarlıq məntəqəsinin əməli işində istifadə edir. Pestisidlərin bioloji səmərəliliyini təyin edir;
-Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.
-Baş və aparıcı mütəxəssis olmayan təsərrüfatlarda sahənin bütün işlərini icra edir
Tələblər:
-Ali təhsil – Aqrar sahədə
-Bu vəzifədə minimum 3 illik iş təcrübəsi
-Azərbaycan və rus dili yüksək səviyyədə olmalı/ingilis dili arzu olunandır.
-MS Office proqramları bilikləri;
-Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
-Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
-Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq, namizədin bilik və bacariqlarindan asılı olaraq
Quba, Qusar , Xaçmaz bölgələrindən olan kandidatlara üsünlük veriləcək.
Maraqlanan namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “Aqronom ” qeyd edərək göndərə bilər.
Vakansiyalar
- 1 gün, 23 saat, 28 dəq
- 1 gün, 23 saat, 30 dəq
- 1 gün, 23 saat, 32 dəq
- 1 gün, 23 saat, 35 dəq
- 1 gün, 23 saat, 39 dəq