İri holding aqronom axtarır (Kürdəmir)

İşəgötürən: Azərsun Holdinq
Vakansiya: Aqronom (Kürdəmir)
Tələblər:
– Aqronomluq ixtisası üzrə ali təhsil almış olmalı;
– Sahə üzrə ən az 1 il iş təcrübəsi.
İş haqqında:
– Əkiləcək bitkilərin veqetasiya inkişafi dövründə suvarma diaqramını müəyyən etmək və diaqrama uygun həyata keçirmək;
-Ərazidə olan alaq otlarına, xəstəlik və zərər vericilərə qarşı kimyavi mübarizə aparmaq
– Bitkilərin normativə uygun seyrəldilməsini təşkil etmək;
– Veqetasiya suvarmaların vaxt və normasını təyin etmək;
– Müşahidə olunacaq zərər vericiləri və xəstəlikləri təyin etmək;
– Kimyavi mübarizələrin aparılma vaxtı və istifadə olunan işçi məhlulun miqdarını təyin etmək;
– Ərazilərdə şum, reyper, mala, səpin, kultivasiya və suvarmaların aparılmasını təşkil etmək;
– Bitkilərin əkinində Aqro texniki tədbirlərin keyfiyətli aparımasını təmin etmək;
– Məhsul toplanmasında verilən normaya uygun məhsul göndərilməsini təmin etmək.
İş şərtləri:
İş qrafiki: həftə içi 5 gün
İş yeri:
Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı “Aqronom(Kürdəmir)” qeyd edərək göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər
Vakansiyalar
- 20 saat, 27 dəq
-
21 saat, 11 dəq
Mebel istehsalı üzrə nəzarətçi tələb olunur- MAAŞ 1500 MANATADƏK
-
22 saat, 2 dəq
“Büdcə və proqnozlaşdırma üzrə aparıcı mütəxəssis” tələb olunur
-
22 saat, 16 dəq
“Çilingər” (Yük maşınları, texnika və avtomobil üzrə) tələb olunur
-
22 saat, 53 dəq
Satış sahəsində sənədlərlə iş təcrübəsi olan köməkçi axtarılır