“Buta Group” da yeni vakansiyalar

Aqronom


Buta şirkəti olaraq komandamıza yeni əməkdaşlar axtarışındayıq.

Aşağıda qeyd olunan vəzifələr üzrə vakansiyalar aktivdir.

1. Vakansiya – Satış müdiri
Vəzifə öhdəlikləri
– Satış strategiyasının hazırlanması və icrasına birbaşa nəzarət edir;
-Müştəri bazasını təkmilləşdirir və yeni məhsulları təbliğ edir;
-Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsini icra edir;
– Bölgə rəhbərləri və satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirir və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləyir;
–  Görülən işlərin ərazidə yoxlanılmasına günlük və ya həftəlik olaraq nəzarət edir,mütəmadi ezamiyyəyə gedir;
–  Gündəlik olaraq xüsusi tapşırıqların hesabatına nəzarət edir;
–  Potensial müştərilər ilə əlaqə qurur və görüşlər keçirir və digər satış təmsilçiləri və bölgə rəhbərlərinin bu sahədəki işlərinə nəzarət edir;
–  Rəqib şirkətlər və onların satdıqları məhsullar haqqında məlumatlı olur və rəhbərlik etdiyi digər satış təmsilçiləri ilə bu barədə müzakirələr aparır;
–   Yeni məhsullar, onların xassələri, digər məhsullardan fərqli cəhətləri barədə şirkət tərəfindən təşkil olunmuş seminar və təlimlərdə satış heyətinin mütamadi iştirakını təmin edir;
–   Bazar araşdırmalarının aparır, yeni təkliflər verir;
–  Hər ayın əvvəli keçən ayın satış hesabatlarını direktora təqdim edir.
 
Təhsil və iş təcrübəsi
–   Ali təhsil (Menecment, Marketinq, Aqronomluq sahəsinə üstünlük verilir);
–  Azərbaycan dilində səlis danışıq, rus dili arzuolunandır;
–   Satış sahəsində 5 il (kənd təsərrüfatı profili üzrə) və rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
 
Bacarıq və səriştələr
– Təşkilatçılıq, idarəçilik bacarığı
– Güclü ünsiyyət, idarəetmə, analitik düşünmə və problemləri həll etmə bacarığı;
– Biznes planlaşdırma, təhlil və hesabat hazırlaya bilmə bacarığı
–  Komanda idarəetmə bacarığı;
– Ms. Office proqramları
 
Təminatlar
–  Telefon limiti
–   Nəqliyyat xərcləri

Bilməlidir
– Satışın qaydaları, əsasları və strukturu barədə biliklər;
 
Vakansiya haqqında
–  İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
–  İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
–  İşə başlama tarixi: Təcili
– Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi başlıq yerinə “Satış müdiri” qeyd edərək [email protected] e-mail adresinə göndərin.

2. Vakansiya –  “Mühasib-operator” 

Vəzifə öhdəlikləri
– Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkilini icra edir;
– Daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsini icra edir;
– Təşkilatlara vergi hesab-fakturalarını yazır və təqdim edir;
– Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işləyir;
–   Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları logo proqramına daxil edir;
– Əsas vəsaitlərin uçotunun aparılmasında iştirak edir;
– İstehsal xərclərinin uçotunun aparılmasında iştirak edir;
–  İnventarizasiya prosesində iştirak edir;
–  Mal-material, əsas vəsaitlərin hərəkətinə dair, qaimələri, aktları tərtib edir;
– İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir;
– Kreditorlar və debitorlarla üzləşmələri icra edir;
 
Təhsil və iş təcrübəsi
–  Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə təhsil;
–  Minimum 1 il mühasib vəzifəsi üzrə təcrübə.
 
Bacarıq və səriştələr
-Komandada işləmək bacarığı;
– Məsuliyyətlilik;
-Logo unity versiyası üzrə işləyə bilmə bacarığı;
-Ms. Office programları, Excell orta səviyyədə.
 
Təminatlar
– Telefon limiti
 
Bilməlidir
-Mühasibatlıq və uçot
 
İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: 500-700 azn (NET)
 
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi başlıq yerinə “Mühasib-operator” qeyd edərək [email protected] e-mail adresinə göndərin.Mühasib

3. Vakansiya – İnsan resursları üzrə assistent

Vəzifə öhdəlikləri
–  Daxil olan cv-ləri cv hovuzunda qeydiyyata salır;
– Müsahibələri təşkilində iştirak edir;
– Əmək qanunvericiliyi üzrə əməliyyatlarda birbaşa rəhbərin tapşırıqlarını icra edir;
-Daxil olan dəvamiyyət cədvəllərini aylar üzrə komplekləşdirir;
-Əmrlər, məzuniyyətlər, ezamiyyələr üzrə əməliyyatları icra edir, 1 C 8.3 proqramına dxil edir;
– Şöbənin proseduruna əsasən əmək funksiyalarını icra edir.
 
Təhsil və iş təcrübəsi
– Ali təhsil;
– Minimum 1 il təcrübə.

Bacarıq və səriştələr
– Komandada işləmək bacarığı;
– Diqqətli və məsuliyyətli olmaq;
-Excell, word orta səviyyədə.
 
Bilməlidir
– Əmək Məcəlləsi

Vakansiya haqqında
İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: 400-600 azn (NET)

Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi başlıq yerinə “İR üzrə assistent” qeyd edərək [email protected] e-mail adresinə göndərin.

4. Vakansiya – Aqronom (Satış üzrə)

Vəzifə öhdəlikləri
–  Müştərilər ilə görüşlər təşkil edir;
– Satış prosesinin icra edilməsi zamanı, müştərilərə bitkilərin əkilməsinin istehsal planlarını, növlərini və əkin prosesinə uyğun dərman vasitələrinin miqdarının hazırlanma qaydaları haqqında məlumat təqdim edir;
– Müştərilərin əkin sezonları başlamadan öncə onların əkin sahələri haqqında məlumatları əldə edir və əkin prosesində lazım olan dərman vasitələri haqqında müştərilərə məlumat təqdim edir;
-Torpağın münbitliyinin yaxşılaşdırılmasına və məhsuldarlığın artırılmasına yönəlmiş aqrotexniki tədbirlər haqqında məsləhətlər verir;
-Torpağın səpin və əkin üçün hazırlanması qaydalarını uyğun olaraq müştərilərə dəstək verir; 
– Bağçılıq, istixana və əkin sahələri üçün lazımi dərman vasitələrinin istifadə qaydaları haqqında müştərilər ilə online və ya fərdi görüşlərin keçirilməsini icra edir;
– Ziyan verici həşaratlara qarşı istifadə edilən dərman reseptlərinin təyin edilməsində iştirak etmək;
-Müştərilərin tələblərinə uyğun yeni dərman vasitələrin təminatlığını təmin edir.
 
Təhsil və iş təcrübəsi
-Aqronomluq, Torpaqşünaslıq və Aqrokimya, Aqrotexnologiya sahələri üzrə təhsil;
– Minimum 2 il satış (istixana, bağçılıq, açıq sahə əkinləri üzrə) vəzifəsi üzrə təcrübə.

Bacarıq və səriştələr
-Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
– Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
–  Komandada işləmək bacarığı;
–  Ms. Office programları, PowerPoint, Excell orta səviyyədə.
 
Təminatlar
-Telefon limiti
-Nəqliyyat xərcləri

Bilməlidir
– Kənd təsərrüfatı istehsalı texnologiyasını;
-Tarla, bağ, tərəvəz bitkilərinin becərilməsi üsulları haqqında məlumat;
– Satış texnikası;
-Bazar araşdırması, satış və danışıqların aparılması prinsipləri haqqında biliklər.
 
Vakansiya haqqında
-İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
-İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
-İşə başlama tarixi: Təcili
-Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi [email protected] başlıq yerinə “Aqronom (Satış üzrə)” qeyd edərək e-mail adresinə göndərin.

Buta Group həm qida istehsalı ilə  həm də tikinti və daşınmaz əmlakın inkişafı ilə məşğuldur

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]