Matanat A “Hüquq şöbə müdiri” axtarır

Müdir


İşəgötürən: Matanat A

Vakansiya: Hüquq şöbə müdiri

Son tarix: 04 noyabr 2022

Vəzifə öhdəlikləri:

-Şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;

-Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;

-Mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi;

-Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;

-Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;

-Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;

-Məhkəmə və icraat işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi;

-Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi;

-Şöbənin fəaliyyəti ilə bağlı daxili qaydalarının hazırlanması;

Tələb olunan keyfiyyətlər:

-İşə planlı yanaşmaq bacarığı;

-Yüksək ünsiyyət bacarığı;

-Təmkinlilik, etibarlılıq, özünə inamlı;

-Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Əmək haqqı: Razılaşma yolu ilə.

İş şəraiti:

-İş saatı: 09-00-dan 18-00-dək;

-İstirahət: şənbə və bazar günü.

Tələblər:

-Təhsil: Ali (hüquq sahəsi üzrə)

-Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi;

-Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;

-Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;

-Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

-İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

-Yaş həddi: 20-45yaş

-Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır)

-Kompüter bilikləri: Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı.

Qeyd:

-CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]