Marketlər şəbəkəsinə müdir tələb olunur – 4000 AZN maaş + bonus

Müdir

direktor market


İşəgötürən: Aqrar İnnovasiya və Təchizat Şirkəti

Vakansiya: Marketlər Şəbəkəsinin Müdiri

Son tarix: 23 iyun 2022 

Namizədə olan tələblər:

Təhsil: Ali təhsil (Kommersiya və Marketinq üzrə təhsil üstünlükdür);

Təcrübə: Satış və İdarəetmə üzrə minimum 5 il təcrübə;

Planlama bacarığı;

Deleqasiya etmə bacarığı;

Problem həll etmək bacarığı;

Komanda şəklində və İndividual işləmə bacarığı;

Maliyyə göstəricilərini təhlil etmə bacarığı.

Vəzifə öhdəlikləri:

Marketlər şəbəkəsinin qurulması prosesini koordinasiya etmək;

Marketlər şəbəkəsinin fəaliyyətinə rəhbərlik etmək və satış planlarının yerinə yetirilməsini təmin etmək;

Korporativ standartların və prosedurların tətbiqini təmin etmək;

Kassa əməliyyatlarına, mal dövriyyəsinə nəzarət etmək, mütamadi olaraq inventarlaşmanın aparımasını təmin etmək;

Günlük hesabatları təhlil etmək və zəruri tədbirləri həyata keçirmək;

Əməkdaşların təlim ehtiyacalarının müəyyən edilməsində və təmin edilməsində iştirak etmək;

İş şərtlərimiz:

Əmək haqqı: 4000 AZN + Bonus;

İş qrafiki : Tam iş günü (5 gün);

İş saatları: 08:30-17:30;

Şirkət hesabına korporativ nömrə;

Yanacaq xərclərinin qarşılanması;

Xidməti nəqliyyat vasitəsi ilətəmin olunma;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketlər Şəbəkəsinin Müdiri” yazaraq [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

Şirkət haqqında

Əsas fəaliyyət istiqaməti olaraq, Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət qısa zaman ərzində yüksək potensiallı gənc kadrları öz ətrafında toplayaraq, müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir.

Aqrar İnnovasiya və Təchizat Şirkəti Azərbaycan fermerlərinə məhsul və xidmətləri daha rahat, həmçinin, əlçatan təklif etmək üçün özünün geniş satış şəbəkəsini qurmuşdur. Azərbaycanın müxtəlif bölgələrində təsərrüfatla məşğul olan fermerlər öz bölgə və rayonlarından kənara çıxmadan müxtəlif istehsal tələbatlarına cavab verən kənd təsərrüfatı istehsalı vasitələrini əldə edə biləcək.rkətimiz eyni zamanda ölkəmizdə fermerlərə dövlət tərəfindən verilən subsidiyalı gübrə satışlarında yaxından iştirak etməklə aqrar sektorda aparılan islahatlara öz da töhfəsini verməkdədir.


©️ 2022

070 231 45 70

[email protected]