Maqro Construction Azerbaijan mühasib axtarır

Mühasib

muhasib 3


İşəgötürən: Maqro Construction Azerbaijan

Vakansiya: Mühasib

Son tarix: 08 iyul 2022

Vəzifə üzrə öhdəliklər:

-E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı; 

-Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması;

-Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;

-Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;

-Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılmasına nəzarət;

-Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;

-Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;

-Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;

-Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc);

-Əmək haqqı, məzuniyyətlərin hesablanması;

-Gördüyü işlərlə bağlı gündəlik və aylıq, illik hesabatlar tərtib etmək;

-Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları yerinə yetirmək.

Tələblər:

-Ali ixtisas üzrə təhsil

-Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi

-Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində yüksək biliklər

-Azərbaycan dili üzrə sərbəst biliklər (ingilis dili bilməsi arzu olunandır)

-Kompüter bilikləri : MS Office proqramları, əsasən Excel, 1C 8.3 (SAP proqramında işləməsi arzu olunandır)

-Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklər

İş şəraiti:

-İş qrafiki: həftədə 5 gün, saat 09:00-18:00

-Əmək haqqı: razılaşma yolu ilə

Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına, mövzu hissəsində “Mühasib” qeyd edərək göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]