“Logistika və nəqliyyat departamentinin rəhbəri” tələb olunur
Ceylan MMC “Logistika və nəqliyyat departamentinin rəhbəri” vakansiyasını elan edib.
Tələblər:
-Təhsil: Ali (MBA, iqtisad, logistika, təchizat zəncirinin idarə olunması üzrə təhsil üstünlükdür)
-Distribyusiya sahəsində azı 3 il iş təcrübəsi
-Planlaşdırma, təhlil və idarəetmə bacarığı
-Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti
-Komandada işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik
-Dil bilikləri: Azərbaycan dili, Rus dili
-Kompüter bilikləri (əsasən MS OFFİCE) yaxşı səviyyədə olmalı
Vəzifə öhdəlikləri:
-Logistika işlərinin (malların yüklənməsi, göndərilməsi, sayılması və s.) ümumi təşkili, idarə olunması
-Avtomatlaşdırılmış logistika proseslərinin idarə olunması
-Daşınmada xərcləri, itkiləri minimumlaşdırmaq
-Sifarişlərin vaxtında və effektiv çatdırılmasının təşkili, yaranan problemləri (gecikmələr, sənədlərin düzgün idarə olunması,və s.) yerində həll edilməsi
-Ən optimal nəqliyyat yolunu (marşrutunu) təyin etmək, gələcəkdə nəqliyyatın idarə olunması sisteminin tətbiqini təşkil etmək
-Şirkətdəki logistika proseslərinin optimallaşdırılmasına yönəlmiş təklifləri irəli sürmək
-Nəqliyyat vasitələrinin effektiv və səmərəli şəkildə idarə olunması (saxlanılması, istismarı və s.)
-Satış və digər aidiyyəti strukturlarla sıx işləyərək sifarişlərin mütəmadi planlanması
-Bütün logistic büdcələrin illik hazırlanması və təqibi
-Çatdırılma bölmələri üzrə KPİ-ların tətbiq edilməsi və təqibi
İş şəraiti:
-İş yeri: Əmircan qəs.
-5 günlük iş rejimi ,iş vaxtı: 09:00-dan 18:00-dək ;
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Logistika və nəqliyyat departamentinin rəhbəri” yazaraq [email protected] mail ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Vakansiyalar
-
2 ay, 1 həftə, 6 gün, 5 saat, 56 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 2 gün, 6 saat, 51 dəq
- 7 ay, 2 həftə, 2 gün, 8 saat, 44 dəq
- 10 ay, 3 həftə, 3 saat, 29 dəq
-
11 ay, 1 gün, 23 saat
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır