Lizinq işçisi tələb olunur
İşəgötürən – Kredit Evi QSC
Tələblər:
Yaş həddi: 22-35 yaş;
Ali təhsil (riyaziyyat,iqtisadiyyat və maliyyə üzrə arzu olunandır);
Dil bilikləri:Azərbaycan dilini yaxşı səviyyədə;
Komputer bilikləri: Word və Excel yaxşı səviyyədə;
İş təcrübəsi: 1 ildən yuxarı (Bank,BOKT və lombard fəaliyyəti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir);
Ünsiyyət və təqdim etmə bacarığı;
Kredit verilməsi haqqında praktiki və nəzəri biliklər.
Vəzifə öhdəlikləri:
Lizinq üzrə müraciətlərin qəbulu, kriteriyalara uyğunluğunun yoxlanılması və qaydalara müvafiq şəkildə lizinq üçün tələb olunan təhlillərin aparılması;
Lizinq risklərinin qiymətləndirilməsi və lizinq sənədlərinin hazırlanması;
Müştəri portfelinin yaradılması və izlənilməsi;
Rəhbərliyə qaydalarla müəyyən edilmiş dövriliklə və formada hesabatları tərtib və təqdim etməsi.
Bizim sizə təklifimiz:
Müasir idarəetmə sistemi və mehriban kollektiv;
Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Gələcək karyeranızın qurulması üçün geniş şərait;
Əgər peşəkar “Kredit Evi” komandasına üzv olmaq istəyirsinizsə şəkilli cvlərinizi (şəkilli CV mütləqdir) [email protected] elektron ünvanına göndərə bilərsiz.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (“Lizinq işçisi”).
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
Vakansiyalar
- 1 həftə, 18 saat, 27 dəq
- 2 həftə, 1 gün, 22 saat, 52 dəq
- 1 ay, 1 həftə, 5 gün, 8 saat
- 1 ay, 1 həftə, 5 gün, 12 saat, 2 dəq
-
1 ay, 1 həftə, 5 gün, 12 saat, 3 dəq
In diretta casino: funzionamento, sicurezza e possibilità di guadagno sul web