Kredit təşkilatı işçilər axtarır – MAAŞ 2500 MANAT

İşəgötürən : Güvənli MMC
1.Vakansiya: Satış departamentinin direktoru
Son tarix 19 iyun 2022 – Müraciət et
İş haqqında məlumat:
Satış planlarının və lahiyələrinin hazırlanması
Müvafiq bazar araşdırmalarının aparılması
Rəqiblərin müəyyən edilməsi, təhlili və müvafiq təkliflərin verilməsi
Müştəri bazasının formalaşdırılması
Marketing aksiyalarının hazırlanması
Satışın intensivliyinə nəzarət və satışın artırılması üçün tədbirlərin hazırlanması
Korperativ müştərilərlə görüşlərin keçirilməsi
Yeni müştərilərin tapılması, satışa nəzarət edilməsi
Satış həvəsləndirilməsi vasitələri tapmaq və reklam kompaniyaları üçün təklif və tövsiyyələrin verilməsi
Müştərilərin şirkətə və şirkət məhsullarına cəlb edilməsi
Satış komandasının yaradılması və komandaya xüsusi təlimlərin keçirilməsi
Əmək haqqı 2500 azn + bonus
A.R Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə;
İş qrafiki 1-5 ci günlər saat 09:00-17:00-dək, şənbə günü 10:00-16:00-dək;
Vakansiya üzrə tələblər:
Ali təhsilli (maliyyə,iqtisadi təhsil arzu olunandır)
İdarəetmə və liderlik qabiliyyəti;
Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı.
İdarə etmə üzrə minimum 3 il , Satış üzrə 5 il iş təcrübəsi.
Yaş həddi 27-50
Qeyd olunan tələblərə uyğun gələn namizədlər CV’lərini bu linkə daxil olaraq göndərə bilərlər.
2.Vakansiya: Online satış rəhbəri
Son tarix 19 iyun 2022 – Müraciət et
İş haqqında məlumat:
Satışın həyata keçiriləcək yerləri üzrə hazırlanmış satış planlarının və layihələrin distant şəkildə alıcılara çatdırılması;
Müvafiq bazar araşdırmalarının aparılması;
Rəqiblərin müəyyən edilməsi, təhlili və müvafiq təkliflərin verilməsi;
Müştəri bazasının formalaşdırılması və marketinq aksiyalarının hazırlanması və satışın intensivliyinə nəzarət, həmçinin satışın artırılması üçün tədbirlərin aparılması.
Əmək haqqı 2500 azn + bonus
A.R Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə;
İş qrafiki 1-5 ci günlər saat 09:00-17:00-dək, şənbə günü 10:00-16:00-dək;
Vakansiya üzrə tələblər:
Onlayn satış sahəsində minimum 3 il təcrübə;
Ali təhsilli namizədlərə üstünlük verilir;
Yaş – 27-50 yaş aralığı;
Liderlik və komanda ilə işləmək bacarığı;
Potensial müştəri olacaq hər bir şəxsə məhsulumuz haqqında məlumatı çatdırmaq bacarığı.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər CV’lərini bu linkə daxil olaraq göndərə bilərlər.
Vakansiyalar
- 3 saat, 31 dəq
- 3 saat, 33 dəq
- 3 saat, 48 dəq
- 3 saat, 50 dəq
- 4 saat, 4 dəq