Kredit təşkilatı idarə heyətinin sədri axtarır

İşəgötürən: “Azmikroinvest BOKT”
Vakansiya: İdarə heyətinin sədri
Maaş: 400-500 AZN
-Şəhər: Bakı
Elanın bitmə tarixi 25.05.2022
Vəzifələr:
BOKT-ın strateji baxışının, missiyasının, strateji planın və digər planların icrası
BOKT-ın idarə olunmasının həyata keçirilməsi
Ona verilmiş səlahiyyətlər daxilində BOKT-ın qarşılaşdığı və proqnozlaşdırdığı risklərin idarə edilməsi üçün lazımi qayda və prosedurların işlənməsi, tətbiqini təmin etmək
Müşahidə Şurasının qərarına əsasən müəyyən edilmiş sahələrə rəhbərlik etmək və məsuliyyət daşımaq, habelə rəhbərlik etdiyi sahələr üzrə müvafiq müqavilələr imzalamaq
Müvafiq daxili komitələrə, komissiyalara rəhbərlik etməklə onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsini təmin etmək və ya həmin komitə və komissiyaların tərkibində müvafiq vəzifələrin icrasında iştirak etmək.
Tələblər:
Təhsil: Ali
Yaş: 23-40
İş təcrübəsi: İnzibatçı vəzifəsində minimum 2 il
Xarici dil biliyi: Azərbaycan, Rus və İngilis dili
İş üçün lazım olan digər tələblər: Maliyyə təşkilatlarında işləmə təcrübəsi və işçiləri idarəetmə bacarığının olması.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde “İdarə Heyətinin sədri” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Şirkət haqqında
“AzMikroİnvest” BOKT 2014-cü ilin aprel ayında təsis edilmiş və həmin ilin iyun ayında Azərbaycan Respublikasının Mərkəzi Bankından məhdud bank lisenziyasını alaraq mikromaliyyə fəaliyyətinə başlamışdır.
Təşkilatın maliyyə bazası kapital qoyuluşu, yerli maliyyə qurumlarından cəlb edilən kredit vəsaitləri və faiz gəlirləri hesabına formalaşmışdır. Təşkilat, yerli və beynəlxalq maliyyə qurumlarından əlavə vəsaitlər cəlb edərək mikromaliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində mühüm işlər aparmaqdadır.
Vakansiyalar
- 7 saat, 20 dəq
- 7 saat, 25 dəq
- 7 saat, 28 dəq
- 7 saat, 32 dəq
- 7 saat, 39 dəq