Kontakt Home art direktor axtarır

İşəgötürən: Kontakt Home
Vakansiya: Art direktor
Son tarix: 04 iyun 2022
Vəzifə öhdəlikləri:
-Şirkətdaxili dizayn komandasının idarə edilməsi, onların düzgün istiqamətdə yönləndirilməsi;
-Departament və şöbələr tərəfindən verilən tapşırıqların düzgün təhlil edilməsi və icra edilməsi;
–Şirkət tərəfindən aparılan marketinq kampaniyalarına həm yaradıcı, həm də görüntü tərəfindən tam dəstəyin verilməsi;
-Şirkətin irəli sürdüyü dəyərlərin və strategiyanın düzgün və yaradıcı yollarla geniş kütləyə çatdırılması;
-Şirkətin yaradıcı və dizayn istiqamətində çalışdığı üçüncü şirkətlərlə görüşlərin təşkili, onların təqdim etdikləri bütün növ materiallara nəzarətin aparılması;
-Reklam çəkilişlərində iştirak və çəkilişin görüntü tərəfinin birbaşa nəzarətdə saxlanılması;
-Mağazalarda olan marketing və brendinq yönümlü kommunikasiyalara nəzarət edilməsi və daimi olaraq bu istiqamətdə yaradıcı həllərin verilməsi.
Tələblər:
-Ali təhsil;
-Art direktor və ya Dizayn rəhbəri vəzifəsində minimum 5 il iş təcrübəsi;
-Səlis Azərbaycan dili biliyi, İngilis və Rus dili bilikləri üstünlükdür;
-Proqram bilikləri: Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Adobe XD (və ya Figma), Microsoft Power Point, Microsoft Word;
-Hər növ çap materialları və rəqəmsal məhsullarla işləmə bacarığı;
-Çap və Rəqəmsal məhsul bilikləri;
-Proyekt menecmenti;
-İdarəçilik, qərarvermə və strateji düşünmə qabiliyyəti;
-Dəqiqlik, məsuliyyət və dürüstlük.
İş şəraiti:
-İş günləri: I-V günlər;
-İş saatı: 09:00-18:00;
-Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
10 saat, 33 dəq
Bank Respublika ASC qeyri-kredit sahəsi üzrə auditor axtarır
- 10 saat, 35 dəq
- 10 saat, 37 dəq
- 10 saat, 39 dəq
- 10 saat, 41 dəq