İri şirkətin biznesə nəzarət şöbəsinə müdir tələb olunur
Şirkət:- Veysəloğlu MMC
-Funksiya: Maliyyə Direktorluğu
-Vəzifə: Biznesə Nəzarət Şöbə Müdiri
-İş yeri: Bakı şəhəri
-İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə funksiyaları:
-İllik maliyyə və əməliyyat büdcələrinin tərtibi və büdcənin icrasına nəzarət prosesinə rəhbərlik edilməsi
-Büdcə prosesinin modelləşdirilməsi, optimallaşdırılması
-Yeni biznes keyslərin şirkət fəaliyyətinə təsirinin təhlili
-EBİTDA maddələrinin optimallaşdırılması üzrə təklif və tədbirlər
-Gəlir mərkəzlərinin dövri mənfəətlilik hesabatlarının tərtibi, nəticələrin struktur rəhbərləri ilə müzakirəsi, təqdimatların keçirilməsi və sualların zamanında cavablandırılması
-Şirkətin partnyorlarına dövri mənfəətlilik hesabatlarının təqdim edilməsi və yaranan sualların cavablandırılmasının təmin edilməsi
-Biznes nəzarət mexanizmlərinin effektiv icra edilməsinə nəzarətin təmin edilməsi və həmin nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi
-Dövri marketinq xərc büdcələrinin təsdiqlənməsi və kənarlaşmaların aşkarlaranaq açıqlamaların əldə edilməsinin təmin edilməsi
-Dövriyyə kapitalı hesabatlarının hazırlanması və müvafiq strukturlara zamanlı şəkildə təqdim edilməsinin təmin olunması;
-Biznesdə mümkün optimizasiya imkanları ilə bağlı təhlillərin hazırlanması və təkliflərin verilməsi
-Biznesin gələcək fəaliyyətinə təsir göstərə biləcək əsas maliyyə riskləri ilə bağlı rəhbərliyə dövri məlumatların verilməsi
-Trendlərin, inkişaf imkanlarının və risklərin müəyyən edilməsi üçün dövri maliyyə hesabatlarının təhlili
-Həftəlik qərarvermə üçün istifadə edilən maliyyə və əməliyyat məlumatlarının dashboardlar üzrə tərtibi
Vəzifə tələbləri:
– Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil
– Müvafiq sahədə ən azı 5 il təcrübəyə malik olması
– Analitik düşünmə, problemləri həll etmə, qərarvermə və idarə etmə bacarığı
– Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək
– MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– Tibbi sığorta
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma
– Nahar ilə təmin edilmə.
Müraciət qaydaları:
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznesə Nəzarət Şöbə Müdiri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
1 gün, 13 saat, 57 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 19 saat, 46 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 18 saat, 38 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 19 saat, 12 dəq
- 1 həftə, 13 saat, 18 dəq