İri şirkətə təhlükəsizlik bölməsinin müdiri tələb olunur

İşəgötürən – Veysəloğlu MMC
Vakansiya – Təhlükəsizlik Bölməsinin Müdiri
-İş yeri: Bakı şəhəri
-İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə funksiyaları:
-Müəssisəyə aid bina, əmlak, avadanlıq, depo (anbar), mal-materialların təhlükəsizliyinin fasiləsiz təmin olunmasını təşkil etmək və nəzarətdə saxlamaq
-Buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etmək
-Mühafizə işçilərinin növbə cədvəlini təyin etmək, vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmaq
-Tabeliyində olan əməkdaşların geyim forması, maddi-texniki və digər vasitələrlə vaxtında təchiz olunmalarını və qaydalara düzgün əməl etmələrini təmin etmək
-Müşahidə kameraları vasitəsi ilə, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etmək
-Daxili təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək
-Təhlükəsizlik planlarını standartlara uyğun tərtib və təşkili etmək
-Daima işin təkmilləşdirilməsinə çalışmaq və bununla əlaqədar rəhbərliyə təkliflər irəli sürmək
Vəzifə tələbləri:
-Hərbi və digər güc strukturları sahəsində təhsil
-Güc strukturlarında ən azı 5 il iş təcrübəsi
-Təhlükəsizlik sistemləri (kamera-nəzarət sistemi, buraxılış sistemləri, yanğın təhlükəsizliyi və siqnalizasiya) üzrə biliklər
-Fövqəladə hadisələrin idarəedilməsi sahəsində biliklər
-MS Office (Word, Excel, Power Point) kompüter proqramlarını yaxşı bilmək
-Avtomobil idarəetmə bacarığı və şəxsi avtomobilinin olması
-Fiziki cəhətdən sağlamlıq
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təhlükəsizlik Bölmə Müdiri” qeyd etməklə elektron poçt ünvanına [email protected] göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Elanın bitmə tarixi – 07.11.2022
Vakansiyalar
- 20 saat, 51 dəq
- 21 saat, 37 dəq
- 22 saat, 15 dəq
- 23 saat, 2 dəq
- 23 saat, 3 dəq