İri şirkətə sürücü-ekspeditor axtarılır

Sürücü


İnci Şirkətlər Qrupu (İnci Group of Companies) Sürücü-Ekspeditor vakansiyasını elan edib.

-Şəhər- Bakı

_Təhsil – Orta və ya orta ixtisas təhsili

Yaş – 25-35

-Maaş -Müsahibə əsasında

-E-mail – [email protected] mail

-Elanın bitmə tarıxı- 30.09.2022

Namizədə dair tələblər:

-Ali və Orta təhsil;

-MS Office ilə qabaqcıl istifadə bacarıqları;

-Komandada işləmə bacarığı;

-Satış sahəsində minimum 3 illik təcrübə;

-B,C kateqoriyalı sürücülük vəsiqəsi;

-Müştərini qazanmaq qabiliyyəti

-Ünsiyyətcillik;

-Dəqiqlik və  məsuliyyət;

-Problemləri həll etmə bacarığı;

-Komanda şəklində işləmək qabiliyyəti;

İş barədə məlumat:

-Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;

-İşin başlanğıcında anbardan malların təhvil alınması və maşına yüklənilməsi;

-Təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi;

-Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi;

-Müştəri borc limitlərinin nəzarətdə saxlanılması;

-Müştəri loyallığını artıracaq tədbirlərin görülməsi;

-Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi;

-Bazarın mütəmadi araşdırılması, şifahi sorğuların keçirilməsi, bazarda rəqiblərin araşdırılması və əldə etdiyi məlumatların rəhbərliyə ötürülməsi;

-Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması;

-Rəqiblər və bazar qiymətləri haqqında düzgün və dolğun informasiya alınması və ötürülməsi;

-Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq;

-Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq;

-Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi;

-Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi;

İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;

Əmək haqqı fiks fond və satışdan bonuslar  əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı –  [email protected] mail ünvanına göndərməyiniz və ya 077 441 55 44, 077 441 55 22 nömrələri ilə əlaqə saxlamağınız xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]