İnşaat şirkətinə nəzarətçi tələb olunur

Nəzarətçi

melissagroup bina


İşəgötürən – Melissa Group (İnşaat şirkəti)

Vəzifə – Nəzarətçi

-Vəzifə öhdəlikləri və iş barədə məlumat:

-Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək

-Buraxılış nəzarət sisteminin həyata keçirilməsi

-Müəssisə ərazisini nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək

-Daxili təhlükəsizlik qaydalarına əmək olunmasına nəzarət etmək

-Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək

-Hadisələrə qarşı diqqətli davranmaq

-Başverən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq

-Ərazini vaxtaşırı gəzmək, vəzifələrin icrasını həyata keçirmək

-Əraziyə gələn qonaqlarla etik normalar əsasında davranma, gülərüz münasibət göstərmək

-Tapşırılan ərazidə yerləşən obyektləri daim nəzarətdə saxlamaq

-Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə məruzə etmək

-Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbəni təlimata uyğun qaydada aparmaq

-Növbə zamanı  xüsusi geyim formasında olmaq

-Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək

-Şirkətin daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək

-Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə istiqamətləndirmə və məlumatlandırma işini görmək

-Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək

Namizədə dair tələblər:

-Yaş: 20-30

-Cinsi: kişi

-Boyu: 170 sm

-Həqiqi hərbi xidməti başa vurmuş

-Təhsili: Tam orta və ya peşə təhsili

-Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir

-Rus dilini bilməsi üstünlükdür

-Çevik və doğru qərar vermə bacarığı

-Məhkumluluğunun olmaması

Əlavə məlumat:

-Əməkhaqqı: 600 AZN 

-İş saatı: Növbəli iş qrafiki ilə təyin olunur.

CV-lərinizi [email protected] ünvanına “Nəzarətçi” başlığı ilə göndərməyiniz və ya melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.


©️ 2023

070 231 45 70

[email protected]