İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəmkir filialının müdiri axtarır

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vakansiya: Şəmkir filialının müdiri
Son tarix: 23 avqust 2022
Biz nə təklif edirik:
-Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
-Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
-Karyera irəliləyişlərində yaradılan şərait;
-Rəqabətədavamlı əmək haqqı.
Görəcəyiniz işlər:
-Müvafiq xəstəxanalarda sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;
-Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;
-Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;
-Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
-Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;
-Tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı proseslərin avtomatlaşdırılmasına, habelə icbari tibbi sığorta sahəsinin İT infrastrukturunun təkmilləşdirilməsinə dəstək göstərmək;
-Heyətə effektiv rəhbərliyin təmin edilməsi;
-Filialın səmərəli işinin təmin edilməsi;
-Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə mütəmadi hesabatın təmin edilməsi
Bizim üçün uyğun namizəd:
-Ali tibb təhsili
-5 ildən az olmayaraq ümumi əmək stajı (ən az 2 il rəhbər təcrübəsi dövlət müəssisələrində)
-İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
-Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
-Ofis proqramları üzrə biliklər.
-İntizamlılıq və nəticəyönümlülük;
-Ünsiyyət və təşkilatçılıq bacarığı;
-Stressə qarşı davamlılıq;
-Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.
Əlavə məlumatlar:
-İş qrafiki: 5 günlük iş həftəsi;
-İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
-Vakansiyaya son müraciət tarixi: 22.08.2022-ci il;
-Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
-Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-lər [email protected] e-mail ünvanına göndərilməlidir;
Vakansiyalar
-
2 saat, 1 dəq
Tanınmış şirkətə “İnsan resursları üzrə menecer“ tələb olunur -1500 MANATADƏK MAAŞ
- 2 saat, 14 dəq
- 2 saat, 20 dəq
- 5 saat, 46 dəq
- 6 saat, 2 dəq