“Hüquq Departamentinin direktoru” tələb olunur

Direktor/Sədr

stp huquq


“Sumqayıt Texnologiyalar Parkı” MMC “Hüquq Departamentinin Direktoru” vakansiyasını elan edib.

Bizim üçün uyğun namizəd:
– Hüquq üzrə ali təhsil;
– Hüquq sahəsində ən azı 5 il müvafiq iş təcrübəsi (ən azı 3 il rəhbər vəzifədə);
– Azərbaycan və İngilis dillərində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
–  Yüksək analitik düşüncə, konfliktləri idarə etmək bacarığı;
–   Qərar qəbul etmə bacarığı, komandanı həvəsləndirmək qabiliyyətinə malik olmaq;
–  MS Office proqramlarında sərbəst işləmə bacarığı;
– Şirkətin dəyərlərinə uyğunluq (Dürüstlük, Keyfiyyət, Əməkdaşlıq, Sahibkarlıq və Gəlirlilik);
– Əhəmiyyətli biznes nəticələrinə təsir edən səviyyədə sübut edilmiş liderlik və təsir bacarıqları;
– Güclü təşkilatçılıq, detallara diqqət və danışıqlar aparmaq bacarığı mütləqdir.
 
Əsas tələblər:
– Şirkətin daxilində hüquqi təminat, ekspertiza və təhlil işinin aparılmasa rəhbərlik.
– Arbitraj, inzibati, kommersiya və ümumi yurisdiksiya məhkəmələrinə, Şirkətin adından pretenziya və iddialar, şikayətlər, pretenziyalara cavablar və iddialara etirazlar hazırlanmasına rəhbərlik
– Şirkətin hüquq və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında təmsil olunmasına nəzarət, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə işinin aparılmasına rəhbərlik.
– Şirkətlər Qrupuna daxil olan qurumlar, habelə Şirkətin sərəncamına verilmiş müəssisə, idarə və təşkilatlar tərəfindən hüquqi ekspertiza və normativ-hüquqi təminat işininin istiqamətləndirilməsi
– Şirkətin struktur bölmələri tərəfindən qanunvericiliyə riayət olunmasının, hüquqi ekspertiza və normativ-hüquqi təminat işinin aparılması vəziyyətinin təhlil edilməsi, bu sahədə qanun pozuntularının müəyyən edilməsi, müvafiq təkliflər və təqdimatların hazırlanmasına rəhbərlik işlərinin aparılması.
– Şirkətin daxilində hazırlanan əmr, təlimat, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasının həyata keçirilməsi və zərurət olduqda Şirkətin direktorunun tapşırığı əsasında bu layihələrin hazırlanmasında iştirak etməsi.
– Şirkətin tərəf-müqabilləri ilə bağlanan müqavilələrin layihələrin təhlilinə rəhbərlik etmək, təqdim edilən müqavilə layihələrinin ekspertizasının həyata keçiriməsinə dair qərarlar qəbul etmək.

Nə əldə edəcəksiniz?
– Azərbaycanın ən böyük sənaye şirkətində iş təcrübəsi;
– Şəxsi inkişaf və peşəkar inkişaf imkanları;
– Tibbi sığorta, korporativ nömrə, nəqliyyat və nahar.

  Əlavə məlumat:
  – Əmək haqqı mövcud qiymətləndirmə sistemi çərçivəsində müsahibə zamanı razılaşdırılacaq;
  – İş saatları: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
  – İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsidir.
 
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquq Departamentinin direktoru” yazaraq 21.03.2023 tarixinədək [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]