Holdinqə hüquq şöbəsinin rəhbəri tələb olunur

Müdir

huquq rəhbəri


İşəgötürən: Ram Holding

Vakansiya: Hüquq Şöbəsinin Rəhbəri

Son tarix: 13 may 2022

Namizədə olan tələblər:

-Ali hüquqi təhsil;

-Hüquq sahəsində 5 ildən çox iş təcrübəsi, o cümlədən 2 ildən çox idarəetmə təcrübəsi;

-AR Vəkillər Kollegiyasının üzvlüyünün olması arzuolunandır;

-Azərbaycan dilində səlis yazmaq və danışmaq;

-Rus və/və ya ingilis dili arzuolunandır;

-Azərbaycan Respublikasının Mülki və Mülki Prosessual Məcəlləsi, Cinayət və Cinayət Prosessual Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunları, o cümlədən qanunvericilik aktları barədə mükəmməl bilgilər;

-Satınalma, təchizat, müqavilə proseslərindən, gömrük prosedurlarından xəbərdar olmaq;

-Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;

-Microsoft Ofis proqramlarında işləmək bacarığı;

-İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;

-Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

-Holdinqin hüquq şöbəsinin fəaliyyətinin təşkili;

-Holdinqin digər hüquqşünaslarının fəaliyyətinə nəzarət edilması;

-Şirkətdə hüquqi işin aparılmasına metodiki rəhbərliyin təmin edilməsi;

-Holdinqin rəhbərliyi qarşısında hüquq şöbəsinin fəaliyyəti barədə hesabatların verilməsi;

-Holdinq və ona daxil olan şirkətlərdə fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsinin təşkili;

-Holdinqə daxil olan şirkətlərin maraqları barədə hüquqi məsələlərin müzakirəsində iştirak, rəylərin verilməsi;

-Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, şirkətlər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində fəaliyyətin icrası;

-Holdinqə daxil olan şirkətlərin dövlət orqanları qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil olunması;

-Holdinqə daxil olan şirkətlərin digər şirkət və dövlət orqanları ilə əməkdaşlığının hüquqi əsaslarının müəyyən edilməsi, bu məqsədlə müqavilələrin tərtib edilməsinə və icrasına nəzarət, holdinqin digər struktur bölmələrindən daxil olan müqavilə layihələri və digər sənədlərə rəy verilməsinin təşkili;

-Holdinqin və onun tərkibindəki şirkətlərin hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;

-Holdinqə daxil olan şirkətlərin məhkəmədə təmsil edilməsi, məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi.

İş şərtlərimiz:

-Əmək haqqı: 3000 – 3500 AZN (Müsahibə nəticələrinə əsasən müəyyən ediləcək)

-İş qrafiki : Tam iş günü (5 gün);

-İş saatları: 08:30-17:30;

-İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında).

-Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq Şöbəsinin Rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


©️ 2022

070 231 45 70

[email protected]