“Green City Resort & Residence” baş mühasib axtarır

Mühasib

greencity muhasib


İşəgötürən – Green City Resort & Residence
Vəzifə – Baş mühasib
Əmək haqqı: 1200-2000 AZN
Əsas vəzifələri:
– Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
-Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onların müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirilməsi;
– Aşkar olunan nöqsanların mümkün olduğu halda dərhal yerində həll edilməsi;
– Mühasibat məlumatlarının 1C bazasına vaxtı vaxtında işlənməsi, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünün yoxlanılması;
– Statistika hesabatlarının vaxtında təqdim olunmasının təmin edilməsi;
– Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
– Əmək haqqının AR Əmək Məcəlləsinə uyğun hesablanması və köçürülməsi;
– Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması və həlli barədə məsləhətlər verilməsi;
– Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
– Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasınıa, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir:


Tələblər:


– Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil
– Aidiyyatı sahə üzrə minimum 5-10 il iş təcrübəsi;
– Peşəkar səviyyədə Microsoft Office (Excell, Word, Outlook), 1C (8.3) proqramında işləmək qabiliyyəti;
– Beynəlxalq sertifikatların (ACCA F3, F7.) olması əlavə üstünlükdür.
– Komandada işləmə və düzgün idarəetmə bacarığı;
– Yüksək analitik qabiliyyəti və problem həll etmə bacarığı;


İş haqqında məlumat:
– İş saatları Həftənin 5 günü:
– Nahar şirkət tərəfindən verilir
– Servis xidməti mövcuddur
– Ünvan: Şıxov, Salyan şosesi.14 cü km
– Əmək haqqı: 1200-2000 AZN
Tələblərə uyğun olan namizadlərdən CV lərini mövzu bölməsində “Baş mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]