“Green city resort” maliyyə müdiri axtarır

Müdir


İşəgötürən -“GREEN CİTY RESORT”

Vakansiya – MALİYYƏ MÜDİRİ
Əmək haqqı: 2000-3000 AZN
Otel və restoran sahəsində işləyən şəxslərə üstünlük verilir.
Əsas vəzifələri:
– Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi və maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili;
– Daxil olmuş pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun, onların hərəkətinin dövriyyəsinin, xərclər smetasının hazırlanması, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsinə nəzarət;
– Müəssisənin illik büdcəsininin hazırlanmasının təşkili və icrasına nəzarət etmək;
– Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
– Vəzifə təlimatlarına və maliyyə departamentinin hədəflərinə əsaslanaraq işçilərin performanslarını qiymətləndirmək;
– Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
– Mühasibat sənədlərinə nəzarət,arxivləşdirmə
– Aşkar olunan nöqsanların mümkün olduğu halda dərhal yerində həll edilməsi
– Mühasibat məlumatlarının 1C bazasına vaxtı vaxtında işlənməsi, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünün yoxlanılması;
– Statistika hesabatlarının vaxtında təqdim olunmasının təmin edilməsi;
– Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
– Əmək haqqının AR Əmək Məcəlləsinə uyğun hesablanması və köçürülməsi;
– Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması;
– Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
– Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasınıa, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir:
Tələblər:
– Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil
– Aidiyyatı sahə üzrə minimum 5 ildən artıq iş təcrübəsi;
– Peşəkar səviyyədə Microsoft Office (Excell, Word, Outlook), 1C (8.3) proqramında işləmək qabiliyyəti;
– Komandada işləmə və düzgün idarəetmə bacarığı;
– Tələbetmə və yönləndirmə bacarığı;
– Yüksək analitik qabiliyyəti və problem həll etmə bacarığı;
– Beynəlxalq sertifikatların (ACCA F3, F7,) olması əlavə üstünlükdür.
İş haqqında məlumat:
– İş saatları Həftənin 5 günü: 09:00-dan 18:00-dək
– İstirahət günü: Şənbə və bazar
– Nahar müssisə tərəfindən verilir
– Servis xidməti mövcuddur
-Ünvan: Şıxov, Salyan şosesi.14 cü km
Uyğun olan namizadlərdən CV lərini mövzu bölməsində “Maliyyə müdiri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]