GM Construction layihə rəhbəri axtarır (Beynəlxalq layihə üçün)

İşəgötürən: GM Construction
Vakansiya: Layihə rəhbəri (Beynəlxalq layihə üçün)
Son tarix: 14 iyul 2022
Vəzifə üzrə öhdəliklər:
-Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi,
-Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi,
-Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal – materialların müəyyən edilməsi,
-Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi,
-Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli,
-Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi,
-Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi,
-Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi,
-Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi,
-Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi,
-Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi.
Vəzifəyə tələblər:
-İnşaat Mühəndisliyi (sənaye və mülki tikinti) ixtisası üzrə ali təhsil,
-Sənaye və mülki binaların tikintisində müvafiq vəzifə üzrə minimum 5 il iş təcrübəsi,
-Rus və ingilis dilini əla səviyyədə bilməli,
-Punktualıql və məsuliyyət,
-İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı,
-Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı,
-Ezamiyyətlərə getməyə hazır olmalı,
-Microsoft Office, Auto Cad, 3D və s. proqramlarında işləmək bacarığı.
İş şəraiti və təminat:
-İş rejimi: 6 günlük,
-İş yeri: Bakı Heydər Əliyev pr 189, gələcəkdə rotasiya oluna bilər,
-Korporativ nömrə ilə təmin olunma,
-Əmək haqqı: 3500 – 4000 man (müsahibə əsasında müəyyən olunacaq).
Xüsusi tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını [email protected] elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə ən yaxın namizədlərlə əlaqə saxlanılacaq. Digər namizədlərin CV- ləri daha uygun tələb və vakansiyalar üzrə dəyərləndirmək məqsədilə CV bazasına əlavə edilir.
Vakansiyalar
- 5 saat, 31 dəq
- 4 gün, 9 saat, 33 dəq
- 4 gün, 15 saat, 14 dəq
- 4 gün, 15 saat, 18 dəq
- 4 gün, 15 saat, 24 dəq