Gəmidə aşbaz işləmək istəyənlərə iş var

-İşəgötürən: “Caspian Catering Servis”
-Vakansiya: Gəmidə aşpaz
– Maaş : 800-1500 AZN
– Şəhər – Bakı
-Yaş- 25 – 55 yaş
-Təhsil –
-İş təcrübəsi- 1 ildən 3 ilə qədər
-Elanın bitmə tarixi- Sentyabr 17, 2022
– Əlaqədar şəxs- Tağıyeva Səkinə
-E-mail – [email protected]
İş barədə məlumat
– Gəmi heyəti və qonaqlar üçün yeməklərin bişirilməsi və vaxtında paylanmasına cavabdehlik
– Malların sifarişi,qəbulu,düzgün yerləşdirilməsi
– Müəssisədən və malgöndərənlər tərəfindən göndərilən məhsulların keyfiyyətini yoxlamaq
– Ərzağın keyfiyyətli saxlanılmasını təmin etmək
– Menyuya uyğun ərzaq növlərinin dövriyyəsinə,bir-bir əvəzləməsinə nəzarət etmək
– Mətbəxdə və salonda nizam-intizama,iş yerinin səliqəsinə və təmizliyinə riayət etmək həmçinin
inventarların təmizliyi və yaxşı vəziyyətdə saxlanılmasını təmin etmək
– İş vaxtı sanitar gigiyena qaydalarına riayət etmək
– Həvalə edilmiş avadanlıqlarla düzgün istifadə qaydalarına əməl olunmasına nəzarət etmək
– Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət etmək
– Əmək haqqı : 800-1500 AZN
– İş qrafiki: Cəmlənmiş iş metodu
Namizədə tələblər
– Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasına məxsus sertifikatlar . ( Diplom,STSW,ISPS)
– Azərbaycan Dövlət Xəzər Dənizçiliyi Tibbi sertifikat ,Şəxsi tibbi kitabça
-Peşə təhsili olanlara üstünlük verilir
– Yaş həddi 25-55
– Cins ( kişi)
– İşə ciddi və məsuliyyətli yanaşmaq
Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
CV göndərərkən mövzu yerinə “Gəmi aşbazı” yazmağınız xahiş olunur.
Qeyd:Qeyd olunan sertifikatları olanlar və dənizdə işləmək istəyən aşbazlar cv-lərini göndərsin.
Sertifikatları olmayan lakin iş təcrübəsi olan və gəmidə işləmək istəyən namizədlərə Dəniz Administrasiyasına məxsus sertifikatların əldə olunmasına (yalnız müsahibə mərhələsindən keçən namizədlərə) şirkət arayış təqdim edəcək.
Vakansiyalar
- 2 saat, 4 dəq
-
1 gün, 1 saat, 4 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 1 saat, 6 dəq
- 1 gün, 1 saat, 8 dəq
-
1 gün, 1 saat, 10 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib