Finivo Project tikintidə sahə rəisi axtarır
İşəgötürən: Finivo Project
Vakansiya: Tikintidə sahə rəisi
Son tarix: 07 iyul 2022
İşin təsviri:
-Tikinti sahəsində inşaat işlərinə, prseslərə və texniki xidmət işlərinə nəzarət edir;
-Lahiyənin iş prqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra edir;
-Tikinti işlərinin plana uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edir;
-Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək texniki fois rəhbərinə bildirir və onlardan səmərəli istifadə olunmasını təmin edir;
-Porblemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
-Tabeliyində olan işçi heyətinə rəhbərlik edir;
-Mövcud standartlara əsasən keyfiyyətə təminat verir;
-Görülmüş işlər barədə rəhbərliyə və aidiyyatı komanda üzvlərinə gündəlik hesabat verir;
-Tamamlanmış işlərin şifarişçiyə tam və ya hissə-hissə təhvil verilməsinə nəzarət edir.
İş şəraiti:
-Əmək haqqı: razılaşma yolu ilə;
-AR qanunvericiliyinə əsasən sənədləşmə;
-İş saatlari: 09:00-18:00;
-İş yeri: tikinti və təmir işlərinin getdiyi sahələr.
Namizədə dair tələblər:
-Cinsi: kişi;
-Təhsil: mülki inşaat, inşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
-İş təcrübəsi: inşaat və tikintinin təmiri sahəsi üzrə minimum 5 il;
-Yaş həddi: 30-55;
-Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını bilməli;
-Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtlər barədə məlumatlı olmalı;
-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarına bələd olmalı;
-Fiziki cəhətdən sağlam olmalı;
-Gözüaçıq, ehtiyatlı, ciddi və məsuliyyətli olmalı;
-Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirməli.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 gün, 3 saat, 31 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 4 saat, 5 dəq
- 1 gün, 22 saat, 11 dəq
- 3 gün, 9 saat, 10 dəq
- 4 gün, 15 saat, 7 dəq