“Facility Management Group” mexanik-texnik axtarır

Texnik


“Facility Management Group” şirkəti “Mexanik / Texnik” vəzifəsinə işçi axtarır.
Əmək haqqı: 800 – 1600 AZN, namizəddən və vəzifədən asılı olaraq
İş yeri: Bakı şəhəri hüdudlarında, müxtəlif əmlaklar (əsasən şəhər mərkəzində)
İş qrafikləri: Müxtəlifdir
a. 5 iş günü – 8 saat, 2 gün istirahət – gündüz növbəsi
b. 3 iş günü – 11 saat, 3 gün istirahət (növbəli iş rejimi) – gecə növbəsi

Vəzifə öhdəlikləri:
– İsitmə-soyutma, su, hava təchizatı və digər mexaniki bina infrastruktur sistemlərində və elementlərində texniki xidmət və təmir işlərinin aparılması
-Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması
– Yeni mexaniki qurğu və avadanlıqların quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması
– Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrası
-Müxtəlif müayinə və sınaq cihaz və alətlər vasitələri ilə işlərin icrası
– Mexaniki sistem, avadanlıq və cihazların nasazlıqların aşkarlanması və müayinəsi
– Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi
–  İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi
-Mexaniki avadanlıqların dəyişdirilməsi üçün texniki tələblərin müəyyən edilməsi və təkliflərin verilməsi
–  Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi
– İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması

Tələblər:
– Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil
-Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi
– Müvafiq sahə üzrə (mexanik) minimum 5 il təsdiqli iş təcrübəsi
– Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı
– Yaşayış və kommersiya ərazilərinə dair mexaniki standartlar və tələblər üzrə əsaslı biliklər
–  Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları
–  Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları

Maraqlanan namizədlərdən CV -lərini mövzu hissəsində Vəzifənin adını qeyd etməklə [email protected] ünvanına (Word və ya pdf formatında) göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]