Elmanado ayaqqabı fabriki mexanik axtarır

-İşəgötürən: “Elmanado Ayaqqabı Fabrik”
-Vakansiya: Mexanik
– Maaş : Razılaşma yolu ilə
-Şəhər- Bakı
-Yaş- 30 – 50 yaş
– Təhsil- Ali
-İş təcrübəsi- 3 ildən 5 ilə qədər
-Elanın tarixi- May 24, 2022
-Bitmə tarixi- İyun 23, 2022
-Əlaqədar şəxs- Həmzəyev Rüstəm
-E-mail- [email protected]
İş barədə məlumat
– Əsas və yardımçı avadanlığının mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini ehtiyac olduqda sökməli,təmir etməli və yığmalıdır
– Quraşdırılan, sökülən, təmir olunan avadanlıqların təyinatını bilməlidir
– Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatların nomenklaturasını bilməlidir
– Avadanlığının ayrı-ayrı birləşmələrinin (qovşaqlarının) və hissələrinin, armaturlarının zədələnməsini aşkar etməli, yeyilmənin səbəbi və dərəcəsini təyin etməlidir
– Fiziki-mexaniki analiz üçün cihazların və onların seçmə qurğularının işləmə prinsipini və quraşdırma xüsusiyyətlərini bilməlidir
– Sökülmüş, təmir olunmuş və quraşdırılmış sistemlərin fərdi sınaqdan keçirilmə qaydalarını, cihaz və avtomatizasiya sistemlərinin quraşdırılmasında üstü örtülmüş işlərin tərtib olunmasını bilməlidir
– Quraşdırma oxlarının nişanlanma, qurulma və yerinin dəyişdirilmə üsullarını təşkil etməlidir
– Mexanizm düyünlərinin və polad sürüşən qəlib elementlərini yığmalı və sökməlidir
– Metalkonstruksiyanı düzəltməli, bitişmə yerlərinin quraşdırıcı boltlarla bərkitməlidir
– Yanğın təhlükəsizliyinin tələblərini bilməli və yanğından mühafizə vəsaitlərindən istifadəni bilməlidir
İş şəraiti:
– İş qrafiki : Həftənin 6 günü, bazar günü istirahət
– Əmək haqqı: Razılaşma yolu ilə
– Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
– İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığında yerləşən Elmanado Ayaqqabı Fabrikası
Namizədə tələblər
– Cins: kişi
– Təhsil: Sahə üzrə Ali və ya peşə təhsili
– İş təcrübəsi: Mütləq həmin vəzifədə 3 ildən artıq
– İşə məsuliyyətli və diqqətli yanaşmalı
– Yüksək iş sürəti
– Çalışqanlıq
CV “Mexanik” başlığı ilə [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir)
Vakansiyalar
- 6 saat, 43 dəq
- 4 gün, 10 saat, 45 dəq
- 4 gün, 16 saat, 26 dəq
- 4 gün, 16 saat, 30 dəq
- 4 gün, 16 saat, 36 dəq