Connect LLC internet qoşulma və servis üzrə şöbə müdiri axtarır

İşəgötürən: Connect LLC
Vakansiya: İnternet qoşulma və servis üzrə şöbə müdiri
Son tarix: 06 avqust 2022
Tələblər:
-Ümumi şəbəkə bilikləri;
-ADSL, FO,GPON avadanlıqlarının quraşdırlması və xətt parametrləri;
-Modem və router ayarlanması;
-WI-FI şəbəkəsinin qurulması və analizi;
-Ümumi kabellər haqqında biliklər, kabellərin montajı;
-DROP və Optik kabellər barədə biliklərin olması;
-İnternet kabelləşmə işlərinnin həyata keçirilməsi ;
-Təhsil: Ali ;
-Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı;
-Kompüter proqramları və billinq sistemini bilməli;
-Dil bacarıqları: Azərbaycan dili sərbəst danışıq və yazma. (Rus və İngilis dili biliyi arzu olunandır) ;
-Professional etik davranışları, gərgin şəraitdə işləmə bacarığı, (Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir.) ;
-Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı;
-İdarəetmə və liderlik bacarığı;
-Qeyd olunan sahədə iş təcrübəsinin olması vacibdir;
Vəzifələr:
-ADSL, FO və GPON avadanlıqlarının quraşdırılması və texniki servisinə nəzarət;
-Layihələrin idarəolunması;
-Kabelləşmə işlərinin həyata keçirilməsinə nəzarət;
-İşçilərin ərazidə işləməsinin təşkili və görülmüş işlərin keyfiyyətinə nəzarət;
-ATS-lərdə baş verən problemlərin aradan qaldırılması;
-ATS-lərdə və başqa ünvanlarda avadanlıqların quraşdırılması, port artımı ilə əlaqədar müvafiq işlərin həyata keçirilməsinin idarə olunması və nəzarət edilməsi.
İş şəraiti:
-AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə:
-İş qrafiki: Həftə içi 5 gün saat 09:00-18:00
-Nahar: 13:00-14:00
-İstirahət günləri: şənbə, bazar
Ünvan: Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 1222
CV göndərilərkən məzmun yerində vakansiyanın qeyd olunması mütləqdir.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 14 saat, 23 dəq
- 1 gün, 15 saat, 18 dəq
- 1 gün, 15 saat, 32 dəq
- 2 gün, 9 saat, 55 dəq
- 2 gün, 10 saat