Carçıoğlu Group qaraj müdiri axtarır

Müdir


İşəgötürən: Carçıoğlu Group

Vakansiya: Qaraj müdiri

Son tarix: 29 sentyabr 2022

İş barədə məlumat:

-Qarajın gündəlik işinin planlaşdırılması, verilən işlərin təşkili və koordinasiyası;

-Qaraj işçilərinin nəqliyyat vasitələrinə lazımi texniki xidmət göstərilməsinə və təmir işlərinin düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət;

-Yeni kadrların seçilməsi prosesində iştirak etmək və mövcud olan kadr ehtiyatına, dövriyyəsinə və həmçinin, işçilərin nizam-intizam qaydalarına riayət edilməsinə nəzarətin təşkil edilməsi;

-Kadr, maliyyə və digər qısamüddətli və uzumüddətli tələblərin müəyyən edilməsi və zəruri ehtiyat hissələrinin, materialların və avadanlıqların mövcud olmasını və ya qısa müddətdə əldə edilməsini təmin edilməsi;

-Nəqliyyat vasitələrin və onların elektron və mexaniki komponentlərinin təmirinə və saxlanmasına, həmçinin kilometrajlara nəzarət;

-Qarajdakı fəaliyyətin yoxlanması, tamamlanan işlərin müvafiq təhlükəsizlik qaydalarına uyğunluğuna, həmçinin yaranmış nasazlıqların və mövcud olan qüsurların aradan qaldırılmasına nəzarət;

-Təmir və xidmət işlərinin qeydlərinin aparılması, təkrarlanan və ya mövcud olan nasazlıqların aşkar etmək üçün hesabatların hazırlanması;

-Baş vermiş yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulmasının səbəblərinin araşdırılması və təhlil edilməsi;

-Davamlı fəaliyyətin təmin edilməsi üçün vacib olan ehtiyat hissələr, material və digər lazım olan təchizat vəsaitləri üçün müvafiq planın hazırlanması və həmçinin benzinlərin istifadə edilməsinə və müvafiq xərc planı və hesabatının qurulmasını həyata keçirmək;

Namizədə tələblər:

-Ali təhsil (Texniki sahəyə uyğun);

-Rəhbərlik sahəsində minimum 3 il iş təcrübəsi;

-Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;

-Güclü analitik, məntiqi düşünmə, liderlik, ünsiyyət və qərar qəbuletmə bacarıqları;

-MS Office (Word, Excel).

İş şəraiti:

-AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə 

-5 günlük iş həftəsi ( 09:00 – 18:00);

Uyğun namizədlər [email protected] e-mail ünvananına mövzu hissəsində “Qaraj Müdiri ” qeyd edərək müraciət edə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]