Camal LTD audit şöbəsinin müdiri axtarır

İşəgötürən: Camal LTD
Vakansiya: Audit şöbəsinin müdiri
Son tarix: 07 avqust 2022
Vəzifə öhdəlikləri:
-Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək;
-Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq;
-İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək;
-Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi;
-Rərbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək;
-Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq;
-Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq;
-Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək;
Tələblər:
-Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə)
-Müvafiq sahə üzrə ən azı 5 il iş stajı
-Yaş həddi 30-45
-Microsoft Office, 1C proqramından sərbəst istifadə bacarığı
-Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları
-Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır).
-Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləriyi üzrə peşəkar səviyyədə biliklər
Əlavə məlumat:
-6 günlük iş həftəsi, tam iş günü;
-Əmək haqqı: 1800 -2000 AZN
-Nahar şirkət tərəfindən təmin olunur;
-İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
-Əlaqə nömrəsi: (012) 310 10 40 (daxili 227); Mob: (+994) 55 900 32 07
Maraqlanan namizədlərdən mövzu sətrində “Audit şöbə müdiri” qeyd etməklə CV ni [email protected] mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 gün, 23 saat, 34 dəq
- 1 gün, 23 saat, 36 dəq
- 1 gün, 23 saat, 38 dəq
- 1 gün, 23 saat, 41 dəq
- 1 gün, 23 saat, 45 dəq