Bravo-nun daxil olduğu şirkət “mağaza müdiri” axtarır

Müdir

bravo vakansiya


“Azərbaycan Supermarket” MMC mağaza idarəetmə sahəsində təcrübəyə malik namizədləri Mağaza Müdiri vakansiyasına müraciət etməyə dəvət edir.

Maraqlanan namizədlər [email protected] email ünvanına “Mağaza müdiri” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiya-Mağaza müdiri

Şöbə- Əməliyyatlar Departamenti

Vəzifə öhdəlikləri:

– Mağazanın fəaliyyətini idarə və koordinasiya etmək;

– Mağazanın əməliyyat, maliyyə və hüquqi işlərinə nəzarət etmək;

– Müəssisənin fəaliyyətinə uyğun olaraq rəsmi sənədlərin, əsasnamələrin və daimi qaydaların

tələblərini təmin etmək;

– İclaslarda iştirak etmək, idarəetmə orqanları və işçi heyəti arasında məlumat mübadiləsini

təmin etmək, lazım gəldikdə iş yeri əməliyyatları, maliyyə, planlaşdırma və digər məsələlər

haqqında hesabat vermək;

– Biznesin inkişafına töhfə vermək, biznesin inkişafını təmin etmək üçün qısa, orta və

uzunmüddətli hədəflər müəyyənləşdirmək;

– Mükəmməl xidmət təklif etmək üçün brend qaydalarına uyğun olaraq xidmət

standartlarının effektiv şəkildə həyata keçirilməsini təmin edin;

– Biznes proseslərinə uyğun olaraq əməliyyat standartlarında mükəmməlliyi təmin etmək;

– Qida təhlükəsizliyi standartlarına, yerli qanunlara, sağlamlıq və təhlükəsizlik tələblərinə

uyğunluğu təmin etmək;

– İşçi performansının idarə edilməsi prosesinin yerində olmasını təmin etmək.

– Şirkətin siyasət və prosedurlarına əməl etmək;

– Biznes tendensiyaları və rəqiblərin fəaliyyəti ilə bağlı yenilikləri nəzarətdə saxlamaq;

– Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ

sənədlərin tələblərinə dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;

– Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya

vermək;

– Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;

– Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək;

– Mağazanın fəaliyyətinə aid hesabatların təqdim etmək;

– Mağazada xidmət standartlarının həyata keçirmək;

– Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;

– Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;

– Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;

– Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq;

– Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq;

– Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək.

Namizədə dair tələblər:

– Ali təhsil (bakalavr);

– Pərakəndə satış və müştəri xidməti mühitində 3 il və üzəri təcrübə;

– Yüksək təşkilati bacarıqlar (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.);

– Satış texnikası və prinsiplərini bilmək;

– Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək;

– İşgüzar davranış etikası;

– Analitik bacarıqlara sahib olmaq;

– Münaqişələrin həlli bacarıqları

– Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik; Əla təqdimat bacarığı

– Bacarıq və bilikləri başqaları ilə bölüşmək bacarığı;

– Şifahi və yazılı ünsiyyət bacarıqları;

– Azərbaycan dillində sərbəst danışıq qabiliyyəti, İngilis dili biliyi arzu olunandı

– MS Office proqramları üzrə biliklərə sahib olmaq.


©️ 2022

070 231 45 70

[email protected]