“Bölgə müdiri” tələb olunur
Ofisait mağazalar şəbəkəmizə “Bölgə müdiri” tələb olunur
Namizədə dair tələblər:
– Müvafiq sahədə ən azı 2 il iş təcrübə;
– MS Office (Word, Excel, Outlook) proqramlarında işləmək bacarığı;
– İdarəetmə, analiz və təhlil etmə, yüksək səviyyədə ünsiyyət qurma və inandırma bacarığı;
– Azərbaycan dilində sərbəst ünsiyyət qura bilmə bacarığı vacibdir;
– Məsuliyyətli, təşəbbüskar və inkişafa meyilli olma;
– Yaş həddi: 26-40;
– Sürücülük vəsiqəsi (B kategoriya);
– Şəxsi avtomobil.
İş barədə məlumat:
– Mağazalar zəncirinin idarə edilməsi;
– İşin təşkili və problemlərin aradan qaldırılması üzrə mağaza rəhbərləri ilə işin aparılması;
– Mağaza rəhbərindən mütəmadi olaraq müvafiq hesabatların alınması, bütün sistem üzrə qruplaşdırılması, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi;
– Mağazaların satışının artırılması məqsədi ilə market rəhbərlərinin istiqamətləndirilməsi, təkliflərinin analiz edilməsi, qərarın verilməsi üçün rəhbərlik qarşısında təqdimatın edilməsi;
– Verilmiş tapşırıqların və qoyulmuş qaydaların icrasını yoxlamaq məqsədi ilə ərazilərin gündəlik ziyarət olunması
– Mağaza işçi heyətinin xidmətin fəaliyyətinin təşkilində və qiymətləndirilməsində bilavasitə iştirak etmək, bölgə üzrə işçilərin aylıq qrafiklərini izləmək və təsdiqləmək.
Təminatlar:
– Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi;
– Korporativ telefon danışıqları və yanacaq haqqının ödənilməsi;
– AR qanunvericiliyinə uyğun sənədləşmə;
– Əmək haqqı fiks fond və satışdan bonuslar əsasında müəyyən olunur;
Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı – [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.
Vakansiyalar
-
9 saat, 51 dəq
Valutazione winnitta: interfaccia utente e funzionalità essenziali
- 18 saat, 27 dəq
-
18 saat, 35 dəq
Wingaga CZ bonusy – kompletní průvodce podmínkami a výhodami
- 18 saat, 35 dəq
-
18 saat, 35 dəq
Wingaga Casino App – kompletní průvodce funkcemi, bonusy, platbami a bezpečností