Basqal Resort & Spa qiymət nəzarətçisi axtarır

İşəgötürən: Basqal Resort & Spa
Vakansiya: Qiymət nəzarətçisi
Son tarix: 05 avqust 2022
Vəzifə öhdəlikləri:
-Qiymət məlumat bazasının hazırlanması və satış qiymətlərinin formalaşması prosesində aktiv iştirak;
-Məhsullar üzrə (reseptura əsasında) norma maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
-Məhsulların norma və faktiki maya dəyəri üzrə hesabatların tərtib və təqdim olunması;
-İtkilərin araşdırılması və itkilərin minimuma endirilməsi üçün prosedurlara icra edilməsinə nəzarət;
-Sənədlər üzrə xərclərin mühasibat uçotuna uyğun uçotunun aparılması;
-Mühasibat uçotu standartlarına və otel daxili qaydalarına uyğun olaraq bütün şöbələrin xərclərinə nəzarət;
-Anbar hərəkətlərinə nəzarət, anbardarın apardığı əməliyyatlara nəzarət və sistemə düzgün daxil edilməsinin təşkili;
-Sayımların aparılması, faktiki və mühasibat uçotu qalıqlarının üzrləşdirilməsi və itkilərin araşdırılması, həmçinin itkilər üzrə müvafiq sənədlərin tərtibi və mühasibat uçotunda əks etdirilməsi;
-Bütün mal-material hərəkətinin mühasibat uçotuna uyğun hesablarda əks etdirilməsi və qalıqlarla bağlı dövri hesabatların hazırlanması;
-Təhlillərin aparılması və nəticələrin rəhbərliyə təqdim edilməsi, mümkün xərc azalmaları ilə bağlı təkliflərin hazırlanması.
Tələb olunan təcrübə, bacarıqlar və səriştələr:
-Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil;
-Qiymət nəzarətçi kimi otelçilik sahəsində ən azı 2 il təcrübəsi;
-Azərbaycan dilində səlis bilmək, rus və ingilis dillərin biliyi isə üstünlük sayılır;
-MS Office proqramlarında sərbəst işləmə bacarığı;
-1C, Günəş və ya digər uçotu proqramında sərbəst işləmə bacarığı;
-Diqqətli, şəffaf, işində dəqiq və dürüst olmaq.
İş şəraiti:
-İş rejimi: 6 günlük iş həftəsi;
-İş yeri – İsmayıllı, Basqal qəsəbəsi;
-İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
-Nahar yeməyi şirkət tərəfindən qarşılanır;
-Mobil telefon danışıqları şirkət tərəfindən qarşılanır;
Müraciət etmə qaydası:
Maraqlanan namizədlər mövzu yerində “Qiymət nəzarətçisi” yazmaqla öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Yalnız tələb edilən təcrübə, bacarıqlar və səriştələrə cavab verən namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
Vakansiyalar
- 47 dəq
- 10 saat, 25 dəq
-
12 saat, 57 dəq
Veysəloğlu şirkətinə Keyfiyyətə nəzarət üzrə mütəxəssis tələb olunur
- 17 saat, 52 dəq
-
19 saat, 9 dəq
Mr.Fix məhsullarını istehsal edən şirkətə Direktor köməkçisi tələb olunur