Başak Group marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri axtarır

İşəgötürən: Başak Group
Vakansiya: Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri
Son tarix: 08 avqust 2022
Namizədə aid tələblər:
-Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili,
-Təhsili: Ali təhsil, (iqtisadi, marketinq, ticarət);
-Biznes danışıqları aparmaq bacarığı;
-Müvafiq sahədə ən azı 3 il təcrübə;
-B2B, B2C, Online və topdan satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi;
-Uğurlu idarəetmə təcrübəsi və satış komandasının yaradılıb inkişaf etdirilməsi;
-Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;
-Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti;
-Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq;
-Kompüter bilikləri: Microsoft Office, Outlook;
Vəzifə öhdəlikləri:
-Şirkətin və Marketinq Satış strategiyasının hazırlanması və strategiyanın tətbiqi üçün lazımi tədbirlərin planlaşdırılması və icrasını təmin etmək.
-Müştəri məmnuniyyəti ilə bağlı müxtəlif marketinq layihələrini həyata keçirmək.
-Bazar araşdırmaları, rəqiblərin məhsul və satış təhlili.
-Yeni satış vasitələrinin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması (korporativ satış, SMM, Loyallıq planı və s.).
-Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması.
-Müştəri məlumatlarının toplanması CRM sisteminin qurulması.
-Marketinqın qurduğu müştəri məlumatlarının toplanması sisteminin düzgün işləməsi üçün satış heyətini və sistemləri idarə etmək
-Müştəri ehtiyaclarını öyrənmək üçün bazar və müştəri analizlərini etmək.
-Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən etmək və onların təkmilləşdirilməsi müvafiq təkliflər vermək.
-Biznesin İnkişafı üçün layihələr hazırlamaq və təkliflər vermək
-Reklam, ictimaiyyətlə əlaqələr və digər kommunikasiya vasitələrindən yararlanaraq sistemi idarə etmək
-Satış dövrünün tam nəzarəti;
-Satışların təhlilini və satışın effektivliyini artırılmasına dair tədbirlər planını hazırlamaq;
-Satış kanallarını təkmilləşdirilməsi və optimallaşdırılması
-Bütün satış əməkdaşlarının fərdi hədəflərə nail olmalarına cavabdehlik daşımaq.
-Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək.
-Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırb, problemlərin səbəblərini araşdırıb və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirlərin həyata keçirlməsi
-Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək
İş qrafiki:
-Həftə içi 5 gün saat 09:00-18:00,
-Nahar şirkət tərəfindən verilir,
-Korporativ nömrə (korporativ paket),
-Əməkhaqqı: müsahibə əsasında təyin olunur,
-Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Marketing director” yazaraq göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 8 saat, 27 dəq
-
2 ay, 4 gün, 3 saat, 58 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 11 saat, 56 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 46 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 49 dəq