Başak Group korporativ satış şöbəsinin müdiri axtarır
İşəgötürən: Başak Group
Vakansiya: Korporativ satış şöbəsinin müdiri
Son tarix: 02 iyul 2022
Namizədə aid tələblər:
-Ali təhsil;
-Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə danışıq qabiliyyəti;
-Müvafiq vəzifə üzrə minimum 4-5 il təcrübə;
-Yüksək Microsoft Ofis proqramları biliyi;
-Ünsiyyət və analitik düşünmə,liderlik, analiz etmə bacarığı;
-Dürüstlük və kollektivdə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
-Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi;
-Bazarın araşdırılması;
-Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
-Müştəri bazasının formalaşdırılması
-Şirkətin satış həcminin artırılmasına dəstək;
-Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
-Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
-İşçilərin şirkət daxili nizam-intizam qaydalarına riayət etmələrinin təmin olunması;
-Gündəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
-Rəhbərliyin verdiyi tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.
İş qrafiki:
-Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi.
-Əmək haqqı: 2000 AZN + bonus (KPİ)
-Nahar şirkət tərəfindən verilir,
-Korporativ nömrə (korporativ paket),
-Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Satış Müdiri” yazaraq göndərə bilərlər.
Vakansiyalar
-
2 ay, 1 həftə, 6 gün, 5 saat, 47 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 2 gün, 6 saat, 42 dəq
- 7 ay, 2 həftə, 2 gün, 8 saat, 35 dəq
- 10 ay, 3 həftə, 3 saat, 20 dəq
-
11 ay, 1 gün, 22 saat, 51 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır