Baş mühasib tələb olunur – (xanım)

İşəgötürən – AgroGurama
İş barədə məlumat:
Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək
Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək
Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək
Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir
İş şərtləri:
Həftə içi 6 iş günü 09:00-dan – 18:00-dək
Şənbə günü saat 10:00-dan – 15:00-dək
İstirahət günləri – bazar günü
Əmək haqqı : 1500- 2000 AZN
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
Namizədə tələblər:
Yalnız xanım namizəd
Ali təhsil
35-55 yaş həddi
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil
İdxal və satış sahəsində baş mühasib olaraq 5 illik iş təcrübəsi
MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları
İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti
Milli və beynəlxalq uçot standartları üzrə biliklər
Vergi Məcəlləsi üzrə mükəmməl biliklər
İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti
Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə rus və İngilis dili biliyi
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Baş mühasib (xanım)” qeyd edərək [email protected] elektron ünvanına göndərəsiniz.
Vakansiyalar
- 1 gün, 19 saat, 9 dəq
- 5 gün, 18 saat, 59 dəq
- 5 gün, 19 saat, 2 dəq
- 6 gün, 12 saat, 17 dəq
- 6 gün, 12 saat, 59 dəq