Banka “Kredit və bazar riskləri şöbəsinin rəisi” tələb olunur
İşəgötürən – Rabitabank OJSC
Vəzifə – Kredit və bazar riskləri şöbəsinin rəisi
Vəzifə öhdəlikləri:
-Kredit risklərinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiya edilməsi və davamlılığının təmin edilməsi;
-Bütün kredit məhsul seqmentləri üçün qiymətləndirmə modellərinin işlənilməsi və daim yenilənməsi;
-IFRS9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyyatların yaradılması və modelin daimi yenilənməsi.
-MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
-Kredit riski limitlərinin hesablanması və limit siyasəti və çərçivə yeniləmələri üçün tövsiyələrin verilməsi;
-Bankda risk mədəniyyətinin təkmilləşdirilməsi alətlərinin təmin edilməsi və risk imkanlarının səviyyəsinin artırılması;
-Əsas risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həlləri hazırlamaq üçün portfel səviyyəsində məlumatların təhlil edilməsi;
-Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
-Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi və nəticələri ilə bağlı hesabatların verilməsi;
-Statistik modellərin hazırlanması və mövcud kredit risklərini qiymtləndirən modellərin yenilənməsi;
-Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün tətbiq edilmiş strategiyanın tələblərinin icra edilməsi;
-Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların daim yenilənməsi, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;
-Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
-Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması.
Vəzifəyə dair tələblər:
-Ali təhsil;
-Bazar və kredit riskləri sahəsində minimum 5 il iş təcrübəsi;
-Yüksək dərəcədə analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
-Dəqiqlik, məsuliyyət və düzgünlük;
-Komandada işləmək bacarığı;
-Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
-MS Office proqramlarında (xüsusi ilə, Excel, SPSS) keyfiyyətli işləmək bacarığı;
-Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək;
-Azərbaycan Respublikası Bank və Mülki qanunvericiliyini bilmək.
-Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in [email protected] mövzu hissəsində “Kredit və bazar riskləri şöbəsinin rəisi” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
Telefon: (012) 598 44 88,
Elanın bitmə tarixi-13.01.2023
Vakansiyalar
-
2 ay, 2 həftə, 11 saat, 11 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 12 saat, 6 dəq
- 7 ay, 2 həftə, 3 gün, 13 saat, 59 dəq
- 10 ay, 3 həftə, 1 gün, 8 saat, 44 dəq
-
11 ay, 3 gün, 4 saat, 15 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır