Bank Respublika ASC smart banking təcrübə proqramı axtarır

Təcrübə Proqramı


İşəgötürən: Bank Respublika ASC

Vakansiya: Smart Banking təcrübə proqramı

Son tarix: 02 oktyabr 2022

Bakı, 16 sentyabr 2022. Analitik düşünmə bacarığına maliksən? Məntiq suallarına hamıdan tez cavab tapırsan? Gələcək karyeranı bank sahəsində qurmağı arzu edirsən ? O zaman biz səni gözləyirik!

İstedadların inkişafına davamlı dəstək verən Bank Respublika, analitik düşünmə qabiliyyətli, riyazi bilikli, motivasiyalı, universitet məzunu olan gəncləri “Smart Banking” təcrübə proqramında iştirak etməyə dəvət edir!

Seçim mərhələsini uğurla keçən iştirakçılar, 3 ay davam edəcək təcrübə proqramı müddətində bankın peşəkar əməkdaşları tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək nəzəri biliklərə yiyələnəcək və eyni zamanda real iş mühitində biliklərini tətbiq etmək imkanı qazanacaqlar. Bundan başqa təcrübə proqramında iştirak edən təcrübəçilərə aylıq ödəniş də ediləcək.

Proqramın sonunda təcrübə proqramını uğurla bitirən iştirakçılar “Bank Respublika”da işlə təmin olunacaq.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

-İqtisadiyyat, maliyyə, mühasibatlıq, statistika, informatika ixtisasları üzrə ali təhsil;

-Ofis proqramları və SQL üzrə biliklərin olması;

-Analitik düşünmə və fikrini səlis ifadə etmə bacarığı;

-Ünsiyyətcil olma və komandada işləmək bacarığı.

Proqrama qoşulmaq istəyənlər 01.10.2022-ci il tarixinə kimi CV-lərini mövzu sətrində “Smart Banking” qeyd edərək göndərə bilər.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]