“Bank of Baku” da yeni vakansiyalar

Bank of Baku ASC olaraq, Xəzinədarlıq departamentinin Müxbir əlaqələr şöbəsi üçün kiçik ekspert/ekspert/aparıcı ekspert axtarışındadır.
Tələblər aşağıdakı kimidir:
– İş təcrübəsi (il): mütləq tələb deyil (olması üstünlükdür)
-Təhsil: ali texniki, iqtisadi, maliyyə, hüquq və uyğun digər ixtisas
– Dil biliyi (dil/dərəcə): Azərbaycan, Rus və Ingilis dilləri – əla
– Kompüter biliyi: MS Office
– Hesabatlılıq və təqdimat bacarığı
– Punktuallıq
Əsas vəzifə öhdəlikləri:
-Müxbir hesabların, eləcə də maliyyə qurumlarının ssuda və depozit hesablarının açılması, aparılması, bağlanması və bununla əlaqədar sənəd və məlumat mübadiləsi
– Nostro hesablar üzrə qalıqların təsdiqi üçün müvafiq banklarla yazışmaların aparılması,
– Loro hesablar üzrə daxil olmuş sorğuya əsasən qalıqların təsdiqi və tələb olunan yerə göndərilməsi
– Gün ərzində Nostro hesablar üzrə aparılmış əməliyyatların yoxlanılması və banklardan daxil olmuş çıxarışlarla müqayisə olunması
– Müxbir hesablar üzrə müvafiq gəlir və xərclərin ödənilməsi (və yaxud tutulması), bu əməliyyatlar üzrə qeyri-dəqiqliyə yol verildikdə səhvlərin araşdırılması və aradan qaldırılması
– Gün ərzində Loro hesablar üzrə əməliyyatların yoxlanılması və aparılmış əməliyyatlar üzrə SWIFT vasitəsilə çıxarışların göndərilməsi
– Qeyri-rezident banklardan nağd vəsaitin gətirilməsi prosesinin təşkili və həyata keçirilməsi
İş şərtləri
– İş yeri: Baş Ofis
– İş vaxtı (gün/saat): B.e.-Cümə, saat 9.00 saat 18.00-dək
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə və ya bankın filiallarına təqdim edə bilərlər. Məktubun subject qrafasında Xəzinədarlıq sözünü qeyd etməyi unutmayın!
Vakansiyalar
-
1 saat, 43 dəq
Tanınmış şirkətə “İnsan resursları üzrə menecer“ tələb olunur -1500 MANATADƏK MAAŞ
- 1 saat, 56 dəq
- 2 saat, 2 dəq
- 5 saat, 28 dəq
- 5 saat, 44 dəq