“Bank of Baku” da təcrübə proqramı
Bank of Baku Partnyorlarla iş şöbəsi daxilində təcrübə proqramı elan edir.
Bank sahəsində təcrübə qazanmaq, korporativ mühitlə tanış olmaq istəyən həvəsli və motivasiyası yüksək gəncləri bu proqrama dəvət edirik.
Proqrama kimlər müraciət edə bilər?
– Ali məktəbi bitirən, hal-hazırda magistraturada təhsil alan və ya yeni məzun olmuş şəxslər;
– Azərbaycan dili üzrə əla yazılı və şifahi ünsiyyət bacarığı olanlar (Rus dili arzuolunandır);
– MS Office proqramları, xüsusilə Excel proqramı ilə işləmək bacarığı olanlar;
– Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər;
– Analitik düşüncə tərzinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan şəxslər.
Təcrübə yeri: İnzibati Mərkəz
MÜRACİƏT QAYDASI:
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində Partnyorlarla iş – təcrübə proqramı qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 ay, 2 həftə, 10 saat, 37 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 11 saat, 32 dəq
- 7 ay, 2 həftə, 3 gün, 13 saat, 25 dəq
- 10 ay, 3 həftə, 1 gün, 8 saat, 10 dəq
-
11 ay, 3 gün, 3 saat, 41 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır