Bank of Baku analitika və təqibə dəstək bölməsinin aparıcı eksperti axtarır

İşəgötürən: Bank of Baku
Vakansiya: Analitika və təqibə dəstək bölməsinin aparıcı eksperti
Son tarix: 25 iyun 2022
Əsas vəzifə və öhdəliklər:
-Problemli kreditlər portfelinin və portfel üzrə hesabatların təhlil edilməsi, həmçinin ona dair statistik məlumatlar əsasında mütəmadi olaraq hesabatların hazırlanması
-Müştərilərin təqibi ilə əlaqəli hesabatlarını hazırlanması
-Departament əməkdaşlarının portfel üzrə təyin olunmasına, iş yükünün düzgün bölüşdürülməsinə, aylıq planların icra edilməsinə və təqib normalarının yerinə yetirilməsinə dəstək olmaq
-Müştərilərin və ya zaminlərin ünvanlarına sifariş olunan bildirişləri hazırlanması və aidiyyatı üzrə yönləndirilməsi
Tələblər:
-Ali iqtisadi təhsil
-Analitika üzrə 2 ildən çox iş təcrübəsi
-Əla Azərbaycan dili bilikləri (Rus və İngilis dili arzuolunandır.)
-MS Office proqramları ilə işləmək bacarığı
-Excel VBA, PL/SQL üzrə biliklər
-Komanda halında işləyə bilmək və operativ olmaq
İş yeri: İnzibati Mərkəz
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Analitika və təqibə dəstək bölməsinin aparıcı eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 6 saat, 43 dəq
- 6 saat, 48 dəq
- 6 saat, 51 dəq
- 6 saat, 55 dəq
- 7 saat, 2 dəq